Logo

ORTALIQDA QALAN SÜRÜCÜ

ORTALIQDA QALAN SÜRÜCÜ

ORTALIQDA QALAN SÜRÜCÜ

Sizə tam əminliklə deyə bilərəm ki, bu gün bizim səhifəni izləyən kütlənin əsas hissəsi intelektual səviyyəsi güclü olan normal düşüncəli insanlardır. Hər səhifədə belə izləyici olmurhaaaa. Əslində siz bunu bilməsəz də biz ümumi şərhləri analiz edərkən izləyicilərimizin normal düşünən insanlar olduğunu görəndə həqiqətən bizə ləzət edir. Sizinlə daha cox diskusiyalar aparmaq həvəsi yaranır. Təbbi ki ara sıra ağzının danışığını və fikrini mədəni ifadə edə bilməyən Afrika Buqələmunlarıda olur. O zaman səliqəli şəkildə qələmini qırıb bloka atırsan gedir başqa yerdə oynamağa. Çünki inanın ki qanmaz adamı başa salınca adam özü başını itirir. 
Hə nəysə başım qarışdı sizi tərifləməyə mövzu yaddan cıxdı. Deməli sürücü gəlirki qardaş filan yağı istifadə edirəm bəs yağ azalır. Bu nədən olar? Yağlıqdı ya mühərriklik? 
Baxırsanki adam normal şəkildə sual verir və dərdinə carə istəyir. 
Əslində istifadə olunan yağ güvənli yağdırsa usta o saat bilirki yağlıq deyil. Mühərrikdə nəsə nasazlıq var. Ama sürücünün qəlbində xal qalmasın deyə kecirir başqa firmanın yağınaki QAQA GƏL BUNUNLA DA YOXLAYAQ. 
Nə başınızı ağrıdım başqa firma yağı ilədə yoxlayırsan görürsən yenə azaldır. Deyirsən qardaş sən maşını bir mühərrik usrasına göstər.
Qardaşda allah vermiş mədəni adam , gedir mühərrikcinin yanına. Qadasın aldığım mühərrikcidə bir siqaret yandırıb nənəm demişkən qoyur dımdığna 1 mertə aralıdan motoru süzərək, qaqa qaz ver 2000 abarotda saxla deyir. Obşum 10 dəqiqəlik qaz vermə prasedurundan sonra mühərrikci maşının bir dalına bir qabağına keçib deyirki qaqa sənin matorun top kimidi yağ zad yemir. 
İndi ay mənim intelektual izləyicilərim. Siz deyin görum bu mədəni,səliqəli, dərdinə carə axtarmaq istəyən sürücü nə etsin ? Kimə inansın? 

Allah haqqı yazıq qalıb ortalıqda.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.