ÖZÜNÜ AVTOK1UBA OXŞADAN YAĞ MƏRKƏZLƏRİ ÜÇÜN.
Arada sizi yağdan motordan dəmir dümürün dərdindən uzaqlaşdırmaq üçün insan düşüncələri ilə bağlı məsələləri də yazırıq. Son zamanlar şəhərimizdə demək olarki əksər yağ mərkəzləri özlərini bizə oxşatmaq üçün sözün əsl mənasında öz üzərilərində hər cürə plastik əməliyyat edirlər. Hətda bizim kimi xidmət paketini təqdim etməyi normal qəbul elədiyimizi görənlər artıq avtomobil barəsində yazılarımızın mübtədası ilə xəbərinin yerini dəyişib guya bunlarda marifləndirici nəsə yazırdaaa))). İcazə versəniz bir iki məsləhət vermək istəyirəm onlara mədəni şəkildə.
Şəxsi inkişafla bağlı məsləhət vermək əslində çox asandır. Biz də ara-sıra burada da öz təcrübəmizdən və başqalarının avtomobil barəsində təcrübələrindən olan məsləhətləri sizlərlə paylaşırıq. Prinsiplərimizə sadiq qalaraq, gerçəklikləri çatdırırıq. 5 il bundan öncə biz bu fəaliyyətə başlayanda da, işlədiyim müddətdə də mənə çoxlu məsləhət verən olub. Kitablardan, məqalələrdən mütəmadi öyrənməyə çalışmışıq. Bu məsləhətlərin bəziləri faydalı, bəziləri isə dağıdıcı olub. Ona görə də məsləhət vermək nə qədər asandırsa, bir o qədər məsuliyyətlidir. Çünki biz oxuduğumuz, öyrəndiyimiz məlumatlar əsasında öz inkişafımızı planlaşdırırıq.
Konkret olmaq üçün isə insan həyatda öz yolunu müəyyənləşdirməli və özünəməxsus olmaqla bağlı qərarlaşmalıdır. Bunun da ən vacib tərəfi özünü başqalarına bənzətməməklə bağlıdır. Digərlərindən nümunə götürmək, onların uğurlarına səbəb olan bilik və bacarıqları inkişaf etdirmək faydalıdır. Amma bundan öncə gərək özünüzü tanıyıb, necə biri olmaq istədiyinizi müəyyənləşdirəsiniz. Fərq etməz yaş 20 və ya 30-dur. Uğurlu insanlar xarizması və fəaliyyətləri ilə tez diqqət çəkir. Fikirləşirik ki, onun etdiyi filan şeyi etsəm, mən də uğurlu olacam, rahat iş tapacam və s. Biz onların həyatından aysberqin Titanikə dəydiyi tərəfini görmürük. Sadəcə epizodik hansısa qiymətləndirmə apararırıq.
Hər bir insan özü bir brenddir. Brendin də yaxşısı və pisi, uğurlu və uğursuzu olur. Aşağı-yuxarı bütün uğurlu brendlərin işləmə prinsipləri eynidir. Amma özünəməxsus olmayan və fərqlənməyənlərin uğursuzluğu çox olur. Məsələn, bilirik ki, dünyada özünü şüuraltı McDonald’s-a oxşatmaq istəyən çox brend var. Onun etdiyi çox şeyi təkrarlayırlar. Bəs nəticələr? Hansısalarısa orta səviyyədə, çoxu isə azacıq pozitiv nəticələrlə kifayətlənirlər. Amma nəticələr eyni olmayanda eqo və paxıllıq brenddaxili problemlərə səbəb olur. Eynisi insanın daxilində baş verir. Öz yolunu müəyyən etməmiş insan filankəs kimi olmayanda içindəki həsəd onu məhv edir. Həsəd bir qırağa, özün kimi olmamaq, özünü sevməmək, bəyənməmək, gördüyün işdən zövq almamaq, gerçək dostların və doğmaların olan ailəni və yaxınlarını qiymətləndirməməklə yaşamaq həyatı boşa verməkdir.
Bu yazını da maksimum konkret etməyə və bir neçə kəlmə ilə sizlər üçün faydalı olmağa çalışdıq Əminəm ki, bizim yazıları izləyənlər öz inkişaflarında çox diqqətlidirlər və hərəsinin özünəməxsusluqları var. Amma bizi kopyalayanlara tövsiyyəm budur. Əsas odur ki, siz öz üzərinizdə çalışırsız və sizə də tezliklə öz yolunuzu tapmağı arzulayıram. Axrı elə edinki özünüzü Anjelinaya oxşatmaq istəyib Koncitaya dönüşməyəsiniz.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.