Logo

POLİALFAOLEFİN (PAO) MÜHƏRRİK YAĞLARININ MƏNFİ VƏ MÜSBƏT TƏRƏFLƏRİ

POLİALFAOLEFİN (PAO)  MÜHƏRRİK YAĞLARININ MƏNFİ VƏ MÜSBƏT TƏRƏFLƏRİ

POLİALFAOLEFİN (PAO)  MÜHƏRRİK YAĞLARININ MƏNFİ VƏ MÜSBƏT TƏRƏFLƏRİ.

Rəhmətlik nənəmin bir sözü var idi. Deyərdi ki dəlinin biri quyuya daş atar yüz ağıllı yığışıb çıxara bilməz. İn də bu mühərrik yağı sektorunun show biznes qolunda Pao yağlar moda minibdir. Bəs gəlin görək pao mühərrik yağları nədir.Nəyə xeyirdi, nəyə ziyandır. 
Pao baza yağı 1930 cu ildə kimyaçılar tərəfindən işlənib hazırlanmışdır və 1970 ci illərdə komerrsiya məqsədi ilə istifadə olunmuşdur. 4 -cü qurup baza yağı hesab olunan bu yağlar etilen və butilendən hazırlanmaqla, sənaye və avtomobil sürtkü yağlarında istifadə edilən ən çox yayılmış əsas sintetik yağdır.
Polialfaolefin xüsusiyyətləri
Polialfaolefinin tərkibində üzük strukturları, ikiqat bağlar, kükürd, azot komponentləri və ya mumlu karbohidrogenlər yoxdur. Bu strukturların və materialların olmaması yüksək özlülük indeksi (təxminən 130), əla aşağı temperaturda axın və tökülmə nöqtəsi xüsusiyyətləri, yaxşı oksidləşmə dayanıqlığı yaradır.İdarə olunan strukturlarına görə, PAO-larda daha yüngül, daha uçucu (kiçik) karbohidrogenlər yoxdur. Bu, onların dəyişkənliyini azaldır, daha az karbohidrogen tullantıları yaradır və alovlanma nöqtəsini (flash point) artırır .
PAO-lar avtomobil mayelərində, həmçinin hidravlik, dişli yağlarında həddindən artıq soyuq iqlimlərdə və ya isti tətbiqlərdə geniş şəkildə istifadə olunur. Onlar həmçinin bəzi geniş temperatur diapazonlu yağlarda əsas maye kimi istifadə olunur. 
Bununla belə, heç bir şey mükəmməl deyil və polialfaolefin əsaslı yağlar bir neçə mənfi xüsusiyyətə malikdir. Bunlara mühərrik kipkəclərinin büzülməsi və quruması tendensiyası və ümumi yağ əlavələrinin həllində problem daxildir. Buna görə də, bu mənfi xüsusiyyətlərə malik olmayan qarışıq baz yağını təmin etmək üçün onlar adətən üzvi ester sintetik baz yağları ilə qarışdırılır və ya birləşdirilir. 

Güclü tərəflər
Yüksək özlülük indeksi (VI)
Yüksək istilik oksidləşdirici sabitlik
Aşağı dəyişkənlik
Aşağı temperaturda yaxşı axın xüsusiyyətləri

Zəif tərəflər
Məhdud bioloji parçalanma qabiliyyəti
Məhdud əlavə( qatqı paketləri) həlledicilik
Kipkəclərin quruması və büzülməsi riski
 
Yuxarıda Pao nun xüsusiyyətlərini qısa formada çalışdım sizin anlayacağınız formada izah edim. Çox vaxtınızı almadan cox uzun uzadı yazmadan (əslində bu haqda kitab qədər yazaramee prostu oxuyan olmayacaq)  demək istəyirəm ki bu gün dünyada mühərrik yağı sectorunda üstünlüyün Pao deyil Hc ( Hidrokracink) yağlara verilməsinin əsas səbəbi mühərriklərin daha çox qorunmasını təmin etməkdir. Çünki Pao yağlar nə qədər texniki parametrlərə görə üstünlük təşkil etsə də mühərrik yağlarına qatılan əlavələri özündə yaxşı həll etmir və bu əlavələrin və aşqarların olmaması səbəbi ilə mühərriklərdə zamanla aşınma və yağ sızması kimi hallar olur. Həm də günümüzdə istifadə olunan HC yağlar ( təbii ki yaxşıları) bu günkü şəhərimizdə sürülən mühərriklərin standattlatına artıqlaması ilə  cavab verir. 
Bəs indi deyəcəksiz ki Pao yağları harda istifadə edək? 
Dünyada bütün yağ istehsalçıları əsasən avtomobil yarışlarında istifadə olunan yağları Pao dan istifadə etməklə istehsal edirlər. Söhbət tam paodan gediraaa. 10% Pao qatıb yalannan üstünə Pao yazan yağlardan getmir. Çünki yalnız Pao yağlar bu mühərriklərin istiliyinə dözə bilir və yağ özüllüyünü ən yüksək tempraturlarda itirmir.
Bizdə isə 1.4 kia Rio sürən gəlib deyirki qaqa səndə Pao yağ var ? Nədir ki kimsə bir qaz buraxıb camahatda bu qazın iyinə düşüb gedir amma hara getdiyini bilmədən.
Ha elədimki yazını qısa edim bundan qısa edə bilmədim. Sonda onu demək istəyirəmki hər üstünə Full Sintetik yazılan yağ da Pao deyil. Əsasən bu barədə Almanlar çox dəqiqdirlər. Bildiyim yeganə ölkə Almanlardırlarki, onlar heç bir HC sintetik yağın qabına yalannan Full Sintetik yazmırlar. Qalan Amerikalılar, digər bir çox Avropa ölkələri, Asiya yağ istehsalçıları və s hamısında yalançı Full Sintetil yağlar vardır ki əslində onlar adi Sintetik Hidrocracking yağdır. Yəni bu yağları Full Sintetik kimi təqdim etmək özünü də, sürüçünüdə aldatmaqdır. Unutmayın ki istənilən doğru mühərrik yağı doğru şərtlərdə, doğru mühərrikdə istifadə olunduqda efgektivdir. Raicing yağı adi mühərrikdə, Adi mühərrik yağı Raicing mühərrikdə məhv edər hər şeyi. Ona görə də küyə getməmək lazımdır.
Sonda bu yazımı oxuyan hər bir kəsə təşəkkür edərək bir sual vermək istəyirəm.
Görəsən Avropa, Amerika və s yerlərdə maşını servizə aparanda bizdəki kimi soruşurlarmı ki QAQA SƏNDƏ PAO VAR ?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.