QAQA SƏN MAŞINI QOVANSAN DEYƏ SƏNDƏ YAĞ AZALIR.
Mühərrikdə yağ azalmasının əsas səbəblərindən biri də aqressiv sürüş tərzidir ki, el dilində buna qovmaq da deyirlər. Amma hələ də sürüçülər arasında qovmaq kəlməsini səhv anlayanlar var deyə özümüzə borc bildik ki, bu haqdada sizlər üçün bir maarifləndirici yazı yazaq.
Bəziləriniz avtomobili yüksək sürətlə sürməyə qovmaq deyir. Bu əslində belə deyil. Yəni siz sürətlər qutusunun 6-cı və ya 8-ci pilləsində, taxometrin 2000-2500 dövrlər sayında ( avtomobilə görə dəyişir bu) saatda 150 km lə gedirsizsə, bu qovmaq deyil. Və bu yüksək sürət da mühərrik aşağı normal dövrlərdə işləyir.
Maşını qovmaq aşağı pillələrdə mühərrikin yüksək dövrlər sayına qaldırılmasıdır məsələn 5000-6000 rpm -ə.
Yalnız bu halda maşını qovuram demək olar və yalnız bu halda mühərrikdə yağ azalması normal haldır.
Yoxsa kişi rayonnan çıxıb Bakıya saatda 140 la 2500 rpm lə gəlir. Hər hansı bir səbəbdən motorda yağ azalması baş verəndə də yağ dəyişən deyir ki qaqa maşını qovmusan ona görə azalıb.
Ona görə də gəlin qovmaqla yüksək sürətlə sürməyi bir birinə qatmayaq ki, insanlar da çaşmasın.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.