Logo

QULİŞİTELDƏN TÜSTÜ ZAD ÇIXMIR AMMA MAŞIN YAĞI YEYİR.

QULİŞİTELDƏN TÜSTÜ ZAD ÇIXMIR AMMA MAŞIN YAĞI YEYİR.

QULİŞİTELDƏN TÜSTÜ ZAD ÇIXMIR AMMA MAŞIN YAĞI YEYİR.

Gün ərzində olmasa da, ən azı həftədə dörd beş nəfərlə bu mövzuda diskusiya edirəm və bu gün istədim ki   elə sizinlə də el dilində desək maşınların yağ yeməyindən  danışaq. Çalışdığım qədər bu mövzunun hər bir nöqtəsinə toxunacam amma birdən nəsə yadımdan çıxan bir şey olsa sizin bu barədə şərhlərdə yazmağınız gözəl olar. Qısaca deyim ki yağ yemə motorda yağın müəyyən bir sürüş intervalından sonra azalmasıdır. Təbii ki bu azalmanın da bir dərəcəsi var.  5000 km-ə  200 qram yağı azalan adam da narahat olur ki mənim maşınım yağ yeyir. 5000 km-ə 1 litr azaldan adam da eyni narahatlıq içində olur.  Buna deyirlər az azalma və çox azalma. Gəlin birinci az azalmadan danışaq. 
Az azalma 5000 km ə ortalama 500 qrama kimi olan azalmadır. Bu azalma olduqda heç bir halda mühərrik nasazlığı kimi başa düşülməməlidir. Bu çox normal bir haldı və sizi heç bir halda qorxuzmasın. İlk növbədə onu qeyd edim ki istənilən bir mühərrik yağının texniki və fiziki patametirlər vərəqində 7% dən -12 % dək Noack( buxarlanma ) əmsalı qeyd olunur. Noack 260 C° dərəcədə yağın bir saata olan buxarlanma miqdarıdır.  Digər az azalmaya səbəb olan amillərdən biri də sizin sürüş tərziniz ola bilər. Məsələn müəyyən zamanlarda biraz mühərrikdə dövrlər sayını qaldırsaz bir balaca yağ azala bilər. Sözümün canı odur ki 5000 km ə 500 qrama kimi azalma tam normaldı və belə şeyə görə qəti şəkildə narahat olmayın və boş yerə motor zad sökdürməyə çan atmayın. 
Keçək çox azalmaya. Çox azalma motorun 5000 km ə ortalama 1 litr və daha yuxarı miqdarda yağ yeməsidir. Bu yağ azalma artıq çiddi məsələdir və bir başa avtomobilin mühırrikində nasazlığın olmasına dəlalət edir. Bu nasazlıq əsasən klapanın kipkəclərindən və ya silindirdə yağ sıyıran üzüklərin( kolçaların) öz resursunu itirməsindən qaynaqlanır. Membranı olan mühərriklərdə membran çırılmasından da bu hal baş verə bilər. Təbii ki burda bir başa nəyinsə üstünə düşmək olmur ən yaxşısı mühərrikə normal bir mühərrikçi baxışı keçirib bir başa səbəbi tapmaqdı. Bəzən elə hal olur sürücü deyir ki qardaş bəs maşın nasazdırsa 5000 km ə 1 litr yağ yeyirsə niyə maşının arxasından tüstü çıxmır? Hətda bəzi qeyri profesional mühərrikçilər belə bir litr yağ azaldan maşına qaz verdirir baxır görür tüstü çıxmırsa deyir ki, qardaş yoxee səndə maşında yağ yemə yoxdu. 100 % yağın yaxşı deyil. Gəlin indi ondan danışaq.
Niyə tüstü çıxmır? Əziz izləyicilər bu sovetin zamanından qalan ustaların yoxlama metodudu. O vaxt yağlar kükürdlə, parafinlə zəngin və təmizlənməmiş mineral yağlar idi. Ona görə də istənilən halda yağ yemə olanda bu tüstü şəklində özünü biruzə verirdi. Həm də o vaxtın maşınlarında nə katalizator var idi nə Dpf filter var idi. Elə motorun ağzından nə çıxırdısa bir başa qulişiteldən ötürürdü çölə. İndi isə məsələ başqadır. Yağlar müasirləşib maşınların eqzoz sistemləri müasirləşib. Hazırda benzin avtomobillər 3 komponentli katalizatorla təchiz olunur. Dizel avtomobillər Ad blue sistemi ilə təchiz olunur ki ayıbda çıxmasın başıvı dirə qulişitelə bir başa məfəs al))). Bu sistemlərdə yağ azalsa tüstü axtarmaq naşılıqdır. Bundan əlavə yağlar da o yağlar deyil axı. Bu gün demək olar ki bütün yağlar 95-99 % kükürd və parafindən təmizlənmiş HC, VHV, Pao, Ester kimi baza yağlarından hazırlanır. Bu yağlar sintetik və ya ful sintetik olduğu üçün yananda tüstüsü mineral kimi paravozlamır.
Gəlin sizə bir hesablama ilə misal gətirib bu mövzunu bağlayaq. 
Təsəvvür edin ki sizin maşın iraq olsun 5000 km ə 1 litr yox 5 litr yağ yandırır. Bilirsiz bu nə deməkdi artıq? Ujas. Yəni motor həyatda yoxdur deməkdir. 3 dəfə qaldır endir apar basdır. 5000 km ə 5 litr yağ yemək 1 km- ə 1 qram yağ yemək sayılır. Təsəvvürünüzdə 1 km məsafəni tutun və bir qram yağ yansa siz həmən 1 km məsafədə 1qram yanan yağın bu müasir eqzoz sistemləri ilə tüstüsünü tuta bilərsiz? 

Bəzən də mühərikdə yanma sistemindı zəngin yanacaq qarışımı səbəbi ilə tüstüləyən maşın sürücüdə elə təsəvür yaradır ki maşın yağ yeyir. Ona görə də tüstüyə baxıb tüstüsüzlüyə baxıb yağı yeyir və ya yemir deyə diaqnoz qoymaq xəstənin üzünə baxıb USM etmədən böyrəyində daş var demək kimi bir şeydir. Savadlı usta ağıllı usta yalnız mühərriki detallı şəkildə incələdikdən sonra və diaqnoztika etdikdən sonra qərar verəndə bir başa səbəbi tapa bilir. Yoxsa usta  var ki damağında siqaret fıssa fıs sənə kapotu açdırır matora 1 metr mesafeden durub qaqa qaz ver görüm deyir. Sende bir iki qaz verirsen oda kapotu bağlayır deyir qaqa get sənin maşında heçnə yoxdur.  Kim istəyir qəbul etsin kim istəyir etməsin amma belə diaqnoz olmur bəylər.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.