Logo

SAĞLAMLIQ ÜCÜN SALON FİLTERİ ÖNƏMLİDİR

SAĞLAMLIQ ÜCÜN SALON FİLTERİ ÖNƏMLİDİR

SAĞLAMLIQ ÜCÜN SALON FİLTERİ ÖNƏMLİDİR
 
Əsasən ilin bu fəslində sürücülərin yadına düşür salon filteri. 
Xüsusi ilə, şəhər həyatımızda təmiz havada nəfəs almaq hissi bənzərsizdir. Salon hava filtirləri ilə bu hiss adiləşə bilər. Belə ki, onlar salonunuzun daxilindəki havanı təmiz, saf və nəfəs alarkən xoş təsir bağışlayacaq şəkildə saxlamaqla həyati əhəmiyyətli rol oynayırlar.
Biz ildə bir dəfə və ya 10,000 km-də salon hava filtrini yoxlamağınızı tövsiyə edirik.
Hava filtrləri qıcıqlandırıcı və çirkləndirici maddələri - tozcuqlar, ozon, toz və işlənmiş qazların qarşısını alaraq sizin sağlam qalmanıza kömək edir
Onlar sizin havanızı təmiz saxlamaqla səyahətinizi daha əyləncəli hala gətirirlər 
Onlar istənilən hava şəraitində avtomobilinizin hava ventilyasiya sisteminin performansının saxlanılmasına kömək edir

FİLTR NÖVLƏRİ
Seçim üçün təqdim edilən iki növ filtrdən öz fərdi ehtiyacınıza ən çox uyğun gələnini seçə bilərsiniz:

1.Yüksək keyfiyyətli toxunmamış parçadan hazırlanmış hava filtri əsas hava çirkləndiricilərini onlar daxil olmadan əvvəl kənarlaşdırır.
2.Yüksək keyfiyyətli toxunmamış parçadan və bir qat aktivləşdirilmiş kömürdən hazırlanmaqla o, standart filtrdən 25% daha çox çirkləndirici, eləcə də allergen maddələr və işlənmiş qazları kənarlaşdırır.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.