SATMAQ AYRI ŞEYDİ, DÜZƏLTMƏK AYRI ŞEY.
Deməli elə pis zəmanəyə gəlmişik ki kimin düz kimin səhv dediyini aird etməkdə həqiqətən insanlar çətinlik çəkir. İndi bu bizim sahə də elədi ki, burda da siz bilməsəz də hər şey satışın üzərində qurulub. O ki siz bir bir yağdan başqa yağa reklama görə, nəbilim hansısa kompaniyaya görə keçirsizhaaa. Bilirsiz siz keçəsiz deyə nə qədər baş sındırılır onun üstündə? Mən satmağa nəbilim marketingə qarşı biri deyiləm. Əslində yekəxanalıq kimi çıxmasın elə bu sahədə marketinkdən dərs də keçə bilərəm. Amma mən satım deyə yanlış istifadəyə qarşıyam. İndi fikrimi izah edəcəm ümid edirəm ki fikrimi sizə çatdıra biləcəm.
Deməli bir qardaş bir iki gün bundan öncə yağ dəyişməyə gəlib. 2018 ci il Ford Fusion sürür. Qardaş bizə gəlmədən öncə deyib qoy yağı firmanın özündən alım birdən yağlamada mənə girdirmə yağ zad verərlər. İnsandır da qoy necə istəyir elə də olsun.
Firmada da qardaşa həqiqətən düzgün dopuskla filan yağ veriblər . Amma qardaşı biraz da bişirib yağdan əlavə 30 manata da bir qatqı satıblar ki bəs bu qatqını tök motorun heç vaxt dağılmayacaq filan. Bəli mühərrikin ömrünü uzadan aşınma önləyici qatqılar var. Mən özüm də öz maşınımda hər yağ dəyişmədə aşınma önləyici qatqı mütləq şəkildə istifadə edirəm. Bu qardaşa verilən qatqı da aşınmaya qarşı qatqıdır amma yalnız köhnə əldən düşmüş və tam resursu itmiş mühərriklər üçündür. Yeni maşınlarda istifadə olunması texniki çəhətdən qəti qadağandır. Hələ ki Ford Fusion kimi LSPİ ( zamanından qabaq patlama) təhlükəsi olan mühərriklərdə ümumiyuətlə istifadə etmək olmaz. Qardaşa verilən qatqının təyinatı tamamilə resursu itmiş və silindirlərdə güçlü aşınma olmuş mühərriklərdə maximum sürtünməni təmin etmək, aşınmış hissələri loru dildə desək lehimləmək üçündür. Belə deyim də bir 124 gövdəli Mercedesdə bu qatqıdan çox super nəticə ala bilərsiniz. Hətda aldığınız super nəticəyə görə sizdə bu qatqıya qarşı eşq zadda yarana bilər.
Nəsə sizə kimdən deyim qardaşdan. Yağı qəşəng səliqəli dəyişdik. Qardaş qatıqını verəndə baxdım dedim qardaş tökmə bunu. Bu sənin maşının motoruna heç uyğun deyil. Qardaş da sağ olsun deyən kimi sözümə qulaq asdı tökmədi apardı qoydu bağaca. Maşını çölə çıxarandan sora bir neçə dəqiqəlik baxdım ki telefonla danışır. Telefon danışığı bitəndən sonra qardaş getdi bağaçı açdı, qatqını götürdü və gətirdi özü əli ilə tökdü motora. 100 faiz bildim ki o firmadan kimləsə danışıb. Ordan da deyiblər ki əşşi usta nə bilir qatqı zad nədi. Biz bu məhsulun ölkədə nümayəndəsiyik zad. Bunu heç kəz bizim kimi bilməz filan.
Belə hallar olanda həm alıcının belə olmağına nervilənirəm, həm də məni gic gülmək tutur vallah.
Mən bir daha qeyd edirəm. Mən reklam, tanıtmaq, marketink, satmaq əleyhinə biri deyiləm. Təbii ki yaxşı məhsulu insanlara onların güvəndiyi birinin tanıtması izah etməsi yaxşı haldı. Mən deyirəm ki bir şey satılırsa faydası olsun. Alıcı ona pul verirsə faydasını görsün. Cəhənnəm faydası olmasa belə heç olmasa ziyanı olmasın.
Təsüf ki həmişə də özüm deyirəm elə öz dediyimi özüm də eşidirəm
Sabahınız xeyir
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.