Logo

SAVADI OLAN MAŞIN USTASININ VARI DA OLACAQ

SAVADI OLAN MAŞIN USTASININ VARI DA OLACAQ

SAVADI OLAN MAŞIN USTASININ VARI DA OLACAQ

Həmişə böyüklər savadsız avara sözə baxmayan uşağı gətirib bir usta yanına qoyurdu ki, bu uşaq burda bir bolt acıb bağlamağı öyrənsin və gələcəkdə əli heçnəyə catmayanda bu sənətlə ailəsini saxlasın. Ama indi artıq bu stereotip yavaş yavaş sınır. Müasir avtomobillər elə bir formada gəlir ki, bunların təmirində qırx ilin praktika yığmış ustası acız qalır.Maqnitin eyni qütbləri bir birini itələyən kimi ,müasir avtomobillər də savadsız usatanı özündən itələyir. Çünki artıq yeni nəsil avtomobillərdə süni intilekt, müasir proqram təminatları, peykə qoşulma kimi funksiyalar daha çox istifadə olunur. Adi əyləc qəlibi dəyişmək belə savad istəyəcək. Day əvvəlki maşınlardakı kimi atverkanı supporta salıb basmqa məsələsi keçmiyəcək. Görürsünüz siz günü gündən daha çox deməyə başlayırsız ki, Azərbaycanda yaxşı usta yoxdu. Hələ zamanla daha çox deyəcəksiz. Usta vare əzizlərim. Həmən eyni ustalardı. Sadəcə maşınlar o qədər günü gündən müasirləşir və qəlizləşir ki həmən o uzun illərin ustaları belə bu inkişaf dinamikasına yetişə bilmir. Çox yetərsiz qalırlar müasir avtomobillərin qarşısında. Yəni həmən usta 98 in çeşqasına yanaşdığı kimi 2020 nin çeşqasına yanaşa bilmir. Yanaşıre , onda da maşını bədbaxt günə qoyur. 
Artıq bir necə aydırki gələcəyə yönümlü olaraq elektromobillər, onların servizi, proqram təminatı və s xidmətlərini öyrənmək ücün dəyərli bir dostumun xaricdən göndərdiyi bu haqda kitabları oxumaqla zamanımı keciririrəm. Hətda kasıbın olanından bir elektromobil də almışam ki, yavaş yavaş söküb yığım və yeni nəsil maşınlarla ən azından ibtidai olaraq tanış olum. İndi də  ingilis dilini bilməmək mənə zülm edir. Kül təpəmə bilsəydim vaxtında məktəbdə a bala oxu deyındə oxuyardım. Başım qarışmışdı tində avara uvarayla siqaret çəkməyə, qız dalıyca düşməyə zada)).  Qırxında örgənən gorunda çalar fikrini önəmsəməyərək indi məcbur olub 40 yaşımda ingilis dili öyrənməyə başlamışam. İndi anlayıram ki gələcəyin ustasi məcbur ingilis dilinidə bilməlidir. Cunki butun ədəbiyyat ingilis dilindədir. Fizika, Riyaziyyat,Kimya buları bilməlidir. Özüdə yaxşı bilməlidir. Bu gün adi yağ dəyişən usta belə (ustadan gedira söhbət, barmaqla yağ yoxlayanlardan deyil) az da olsa kimya biliklərinə sahib olmalıdır ki, bu qədər yağ dopusku və standartlarının fəriqini bilsin. Kükürd nədi bilməlidi, sink, maqnezium yağın tərkibində necə həll olunur bilməlidi. Müştərisi yağın tərkibindən sual verəndə gözünü döyüb ayı talaşaya baxan kimi baxmamalıdır.
Qabaqlar kitab Rus dilində olardı və oxuyub culumuzu sudan cıxara bilirdik. İndi 21 ci əsirdə nıvanın əsməsini hələ də kəsə bilməyən Rusun hec bir yeni nəsil avtomobillər barəsində ədəbiyyatı da yoxdur və cətin indidən sonra da ola.
Sözumün canı odur ki, əziz valideyinlər övladlarınızın təhsilinə çiddi şəkildə önəm verin. Əsas da dəqiqlik tələb edən fənlərin tədrisinə. Çünki gələcəkdə övladınız usta olmaq belə istəsə ona mütləq şəkildə savad lazım olacaq. Biz maşın ustasına ola bilsin ki indi yuxarı təbəqə olaraq baxmırıq. Amma gələcəkdə savadı olan usta çox intilektli və bununla bərabər olaraq çox maddi imkanlı olacaq. Çünki indiki təhsil, insanların baş verən dəyişikliklər və yeni dünya standartlarına gec adapdasiya olması onu göstərir ki gələcəkdə avtomobil ustası tapmaq çox da asan olmayacaq.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.