SAXTA YAĞ NƏDİR.
Saxta yağ bir fərdin və ya bir kəsin hər hansı bir brend məhsulun qabına ucuz yağı kustar üsul ilə doldurub insanlara brend kimi təqdim etdiyi məhsula deyilir. Saxta yağla keyfiyyətsiz yağı bir birinə qatmamaq lazımdır. Hər hansı bir xarici zavod keyfiyyətsiz yağ istehsal edirsə bu onun saxta olmasına dəlalət etmir. Keyfiyyətsiz məhsul ayrı şeydir saxta məhsul ayrı şeydir. Bu gün ölkəmizə yetərincə keyfiyyətsiz yağ gəlir ki onların heç biri saxta deyildir. Bu yağlar əsasən Rusiya,Türkiyə,Ukrayna, Dubay və hətda Almaniya,Hollandiya,Belçika kimi ölkələrdən də rəsmi şəkildə idxal olunur.Bu məhsullar keyfiyyət göstəricisi zəif olub amma saxta olmayan məhsulllardır. Heç kəs bu məhsullara saxta deyə bilməz. Ama mühərriki məhv edən keyifiyyətsiz məhsul demək olar.
ÖLKƏMİZDƏ SAXTA YAĞ VARMI?
Rusiya və Türkiyə kimi ölkələrdə olduğu kimi tam məsuliyətimlə deyə bilərəm ki ölkəmizdə də yetərincə saxta yağ var, saxta yağ satılır və bunun qarşısını almaq olmur. Çünki bunu yalnız labaratorita analızı ilə aird etmək olur, ona da heç kim baş qoşmur. Birdə bir brend yağı müştəriyə normal qiymətdən 20 Azn ucuz verəndə,müştərinin 20 azn ucuz aldım sevinci birdən mənə soxar fikrini məhv edir. Heç kim anlamır ki kimsə dədəsinin xeyrinə kiməsə mayasına mal verməz, o sizin əziziniz deyilsə.Hər kəsin işcisi var arendası var və s.
SAXTA YAĞ GOMRÜKLƏŞƏ BİLİRMİ?
Gömrük qanunverciliyinə görə heç bir halda mənşə sertifikatı olmayan bir məhsul gömrükləşə bilməz. Bu mümkün deyil. Qara qura yollarla belə mümkün deyildir.
BƏDBAXT SUMQAYIT.
Azərbaycanda istənilən bir brend yağı saxtalaşdırmaq olur və bu olunur. Yenə də qeyd edirəm istənilən bir brend məhsuldan söhbət gedir. Amma insanların beynində bu prosesin gerçəkləçdiyi yer hər zaman Sumqayıt olaraq bilinir. Bu düşüncə tamamilə mifdir. Sumqayıt yazığın 2 brendi var Texnol və Aminol onlarda kişi kimi rəsmi məhsululunu istehsal edir. Keyfiyyəti nədir onu sorğulamıram. Əsas odur saxta deyil. Yuxarıda da qeyd etmişdim keyfiyyətsiz ayrı şeydir saxta ayrı şeydir. Yoxsa belə görmədən bilmədən hər yağa Sumqayıtda dolur demək vallahi geyindiyimiz şalvarla başımıza qoyduğumuz papaqla düz gəlmir. Olurdaa kimsə yazır ki filan yağ Sumqayıtda dolur. Biraz düz olaqda danışanda və ya nəsə deyəndə görmədiyimiz bir şeyi demək qeybət sayılır ki oda şalvara yox yupqaya yaraşır.
Hə onuda deyimki kişinin qeybəti qadınların qeybətindən betər olur. Bu yalançı qeybəti də edən əsas firma işçiləridir. Bir birinin bazarına girmək, bir birinin satış nöqtələrinə girmək üçün istənilən məhsul barəsində paraşa buraxırlar. Yəni 5 manat artıq qazanım deyə hər artistlik gedir bu sektorda.
SAXTA YAĞ HARDA DOLUR?
Bir mənalı şəkildə deyə bilərm ki bütün bu saxtalaşdırma prosesi bir başa sonuncu satıcının əlində olur. Bu dükanda ola bilər, yağlamada ola bilər, hətda hər hansı bir rəsmi servizdə ola bilər. Mən bir rəsmi serviz tanıyıram serviz kitabçalarında Mobil yazıb amma mərəkəzi sistemlə mühərriklərə vurduğu yağ Lukoildir. Ən asan və rahat saxtalaşma cəllək yağlarında olsa belə konister saxtalaşdırmaq da çətin bir proses deyildir. İstənilən yağın blomlu qapağı çindən idxal oluna bilir. Qablar isə təbii ki orjinal istifadə olunur. Bu proses yalnız ucuz yağın bahalı yağın qabına doldurulması ilə kifayətlənir.
SAXTA YAĞI NECƏ TANIYAQ?
Saxta yağı tanımanız mümkün deyildir. Buna yalnız labaratoriya lazımdır . Heç mühərrikin işləməsində belə fərq hiss etməniz mümkün deyildir. Heç sizə rəsmi firma sənədidə təqdim olunsa bu məhsulun orjinal olması və ya saxta olmasını bilməzsiniz. Çünki firmadan orjinal məhsul alıb hər hansı bir rəsmi sənəd alan yağ satan sonradan saxtalaşdırdığı yağı sizə elə o sənədlə rahatda sata bilər. Soruşan olandada al buda sənəd qardaşım))).
BƏS BU CAMAHAT NEYLƏSİN?
Ölkədə yetərincə saxta yağ satan olmasına baxmayaraq yetərincə də namuslu, şərəfli, kişi kimi işləyən yerlərdə vardır və bu yerlər çoxluq təşkil edir.Bu səbəbdən də alıcının yolu yalnız və yalnız vicdanlı,namuslu, kişi kimi işini görən adamı tapmalı və ondan məhsulunu almalıdır.İNANINKİ BAŞQA YOL YOXDUR.
Oxuduğunuz üçün təşəkkür edirəm.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.