Logo

SƏHV DÜŞƏNDƏ YERİMİZ.

SƏHV DÜŞƏNDƏ YERİMİZ.

SƏHV DÜŞƏNDƏ YERİMİZ.

Yəqin ki məktəb illərində şair Qabilin Səhv Düşəndə Yerimiz şeirini oxumusunuz.
Şair deyir ki 
Gərəksiz oluruq biz
Səhv düşəndə yerimiz
Lələmin goru haqqı sizə desəm ki bu gün mühərrik yağı sektorunda yağ tərifləyənlərlə yağdan başı çıxanların yeri səhv düşüb inanmayacaqsız. Məsələn gəlin baxaq görək kimlər mühərrik yağı reklamı edir? 
Radio aparıcıları, Tik tokerlər, Arada bir Müğənnilər
Video blogerlər və s.

Təbii ki bunu pulsuz etmirlər. Bu gün radioda reklam efiri almaq aylıq reytinqsiz efirlər 5000 Azn dən başlayır və reytingli verliş 15000 Azn ə kimi aylığı qalxır. 
Allahın tik tokeri bir  yağı əlinə alıb düşük bir video çəkməyə 500 Azn istəyir. Blogerlər də eyni ilə əlinə alıb yağ tərifləyirsə, atasına lənət o yağın içindən xəbəri varsa. Əsas odur ki videodan sora pulunu alsın.
Onuda deyim ki camahat da olar deyəni istəyirhaaaa Vallah. Bir bloger yağ reklam edəndən iki gün sonra baxıram ki müştərilər bizdən həmən yağı istəyir. Bu gün sürücü yağ seçimində radio aparıcısına və ya tik tokerə daha çox etibar edir, nəinki o işi dərindən bilən ustasına. Axşam saat 6 dan sonra açın bütün radioları. Hammı yağ tərifləyir. Elə bil ölkədə mator yağından başqa gündəm zad yoxdu))
Arada oturub fikirləşirəm ki başı çıxan, işini bilən adamlar qəti şəkildə ya utanıb, ya da risk edib marka reklamı etmir. Şəxsən öz adımdan danışsam mən biraz utanıram. Özümölüm qarşımıza babat pul da qoyublar ki usta bu yağı əlivizə alın ancaq bundan danışın. O pula ehtiyacımız olsa belə  demişik yox qardaş bizlik deyil. Səhifəmizdən də görürsünüz ki bizdə reklam demək olar ki sıfır səviyyəsindədi.
Həm də bu gün filankəsin yağını təriflədin, filankəsin alveri oldu əla. Sabah bəhmənkəs gəlib pul verəcək deyəcək bunuda təriflə. Başlayacaqsan bəhmənkəsin malını tərifləməyə. Day radio aparıcılardan tik tokerlərdən nəbilim blogerlərdən nə fərqimiz oldu? Adam özünü valik kimi hiss edəreee lap))). Təsəvvür edin kim gəlib pul verirsə deyirsən getdikeee qaqa. Yenə adamın bir saxlayanı ola dərd yarıdı. İndi hələ elə efirlər var ki eyni verlişdə 2 rəqib marka birdən reklam olunur. Bunada deyirlər quruppavoy))).

Günah sizcə kimdədi? 
Yağ təirfləməyən başı çıxanlarda yoxsa yağdan başı çıxmayanlara inanlarda?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.