Logo

SİZ DƏ İNSAFLI USTA AXTARIRSINIZ?

SİZ DƏ İNSAFLI USTA AXTARIRSINIZ?

SİZ DƏ İNSAFLI USTA AXTARIRSINIZ? 

Hörmətli sürücülər. İlk öncə onu deyim ki, istəyir dünyada ən inandığınız insan gəlsə, Qurana əl bassa, Allaha and versə də bilin ki dünya tarixində "daş döyən" maşın olmayıb. Nisbətən yaxşı maşın olur, amma ömürlük maşın olmur. Daş özü qırılır, sınır, oxalanır yəni hətta da daş da qaya da dağ da ömürlük deyil... 

Son zamanlarda cox adam yazır mənə məsləhetli və insaflı usta yeri denən. Soruşuram qardaş senin problemin nədir ki? 

Deyir başıma oyun gətirir ustalar. 

Deyirem niye? 

Deyir bəs ustaya getdim deyir 5 dənə şeyi dəyişmek lazimdir onlar da bahadır. 

Deyirem indi nə istəyirsən? 

Deyir mənə elə usta denən ki bunu hec detal dəyismədən ya da insafnan hec olmasa 1 detal dəyişməklə həll etsin. Özüdə zəmanət versin.

Qardaşla biraz maşından danışıb maşın haqqında məlumat alanda məlum olur ki, o yazıq usta  kim imişsə cox abırlı-həyalı adam imiş ki, ümumiyyətlə maşını öz boksuna salıb. Demeli maşında nəinki 5 detal xarabdır, hec ümumiyyətlə salamat detal yoxdur.

Deyirəm insandı, yazib, belkə doğrudan da bilmir. Dururam buna başa saliram. 20 dəqiqədən sonra deyir. Qardaş bəs menə demişdilər bunlar daş döyəndi. Əşhi gedim görüm usta hardan tapıram.  Heç baxıram sənin də maşından normal başın çıxmır. 

Ay atam, ay anam, ay qardaşım insaflı ustadan qabaq insaflı maşın alın. İnsafla büdcənizi hesablayin, Iinsaflı sual verin, insaflı arzu edin, ondan sonra inanın ki əksəriyyət usta insafli olacaq... Day o lap maşennik ustalardan söhbət getmirdə. Oları qatmayın bu söhbətə. Bizim söhbətimiz normal ustalardan, onların qoyduğu diaqnozdan və sürücünün imkanı çatmadığı üçün razılaşmamasından gedir.

Sizin ki əgər həkim ölmüş adamı diriltmirsə onda o insafsız həkimdir fikiri ile eyni şeydir. Yadaki sizə həqiqətəndə Şeyx Nəsrullah lazımdı. Başınızı aldada sonrasıda nə olar olar. Mən təsüüf edirəm ki həqiqətən də 21 ci əsrin Azərbaycanında hələ də Şeyx Nəsrullahlarda var onlara inananlarda, Novruzəlilərdə. Bu da Mirzə Cəlilin öz xalqını necədə dərindən tanımasının bariz nümuməsidir ki, həmən xalq 100 illər keşsə də, sadəcə əyni, başı, maşını, yaşadığı evinin forması dəyişilib. Baş eyni başdı.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.