SİZ USTANIZI NƏYƏ ƏSASƏN SEÇİRSİNİZ?
Avtomobil təmiri fərqli sahələrə bölündüyü kimi sürücülərin də bu sahələrdəki ustaları seçmə forması fərqlidir. Məsələn tutalım ki ölkədə elektron beyin işlərini görən bir yaxşı usta varsa, sürücüyə o ustanın şəxsiyyəti, adamlığı, qiyməti xoş gəlməsə belə problem olduqda onu seçmə məcburiyyətindədir. Başqa alternativi yoxdur axı. Bu digər sahələrdə də eyni ilə ola bilər. Uzun uzadı məsəllər çəkib sizi yormaq fikrim yoxdur. Mənə maraqlı olan isə sırf özümüzn məşqul olduğumuz yağ dəyişmə sahəsi barəsindədir və bu barədə sizin fikirlərinizi örgənməkdir. Ölkəmizdə demək olarki minlərlə yağ dəyişmə fəaliyəti ilə məşqul olan məntəqələr var. Bu məntəqələrdə isə milyondan çox avtomobilə xidmət olunur. İnsanların isə yağ dəyişmə ustasını seçmə şəkilləri fərqlidir.
1.Kimsəyə usta maraqlı deyil. Ustada hansısa reklamda gördüyü və ya eşitdiyi məhsul var ona görə gedir.
2.Kimsəyə nə usta maraqlıdı nə məhsul. Ona ancaq fış fış motorxana zad təmizlətdirmək maraqlıdır. Harda yaxşı təmizləsələr ora gedəcək.
3.Bəziləri gedir yağını mağazadan alır özü dəyişir.
4.Yalnız harda ucuz və münasib xidmət olsa oranı seçənlərdə var yəni marağı qiymət olanlar.
5.Sırf ustanın savadına, biliyinə, təcrübəsinə üstəlik avtomobilə düzgün yanaşmasına görə seçim edənlər də var.
6. Qarantiyalı maşını olub rəsmi servizlərdə şlankdan gələn hər nə olsa qəbul etmək məcburiyətində olanlarda az deyil.
Biz Avtok1ub olaraq yuxarıda qeyd etdiyim fərqli seçim edən insanların hər birinin istəklərinə uyğun olaraq davranmağa çalışırıq və bir balaca da olsa bunu bacarmaq üçün əlimizdən gələni edirik. Əslində həqiqətən də əgər sən inkişaf etmək və böyümək istəyirsənsə hər bir kəsin istəklərinə cavab vermək məcburiyətindəsən.
Amma mənim şəxsi düşüncəm və subyektiv fikrimə görə yağ dəyişmə sahəsində ustanın təcrubəsi, savadı, avtomobilə düzgün yanaşması, necə deyərlər yağın ciyarını bilməsi və doğru mühərrikdə doğru məhsulu istifadə edəcəyini bilməsi önəmlidir. Doğru məhsul deyərkən kitabda yazılan tələbi demirəm.
Bitmiş resursu nəzərə alma, hansı yanaçaqla hansı yağın uğursuz olması, mühərrikin hansı rejimdə idarə olunması, avtomobildə yaranan digər nasaz hissələrin yağa təsir qüvvəsinin nəzərə alınması və s. Təbii ki savadla birlikdə keyfiyyətli məhsul da olanda bu olur fısqırıx.
Mən şəxsən özüm adı sürücü olsam ilk öncə buna önəm verərdim. Yalnız bu halda mühərrik uzun ömürlü ola bilər.
Amma bəzən elədə olurki əlində en qədər keyfiyyətli məhsul olur və usta onnan heçnə qanmırsa bu olur yarımçıq ustalıq. 2 dənə tutarlı sual versən cavab verə bilməyəcək sənə.
Bəzən yazılarımızı oxuyan minlərlə insan olur və mən həqiqtən də sizlərdən soruşmaq istəyirəm ki , siz ustanızı nəyə görə seçirsiniz? Deməyim odur ki yağ dəyişdirdiyiniz usta yağdan nəsə qanır? Yoxsa bu sizə maraqlı deyil? Qanmaq deyərkən həqiqətən elmi izahlı və teorik qanmaqdan söhbət gedir. Konisteri əlinə alıb püləməkdən yox.
Şərh yazan hər kəsə minnətdarıq. Çalışaq sivil qaydada və subardinasiya qaydalarını pozmadan fikir mübadiləsi aparaq.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.