SÖNDÜR YANDIR DÜZƏLƏCƏK.
Deməli dünən bir Mercedes gəlib, səhv etmirəmsə 2017 ci il E seriyası idi. Qardaş maşınla gedərkən birdən birə sürətlər qutusunun ötürmələrində problem yaranıb, check engine işığı yanıb nə başınızı ağradım maşın sözün əsl mənasında başlayıb gijdəməyə. Bir çoxları kimi qardaş maşını çəkib yol kənarəna söndürüb və bir neçə dəqiqədən sonra işə salıb görüb ki hər şey normaldı sürüb gedib. İndi maşın müəyyən qədər təzə olduğu üçün insandı da narahat olub. Başlayıb ustaları gəzməyə ki bu niyə belə olub dərdi nədi tapsınlar və həll etsinlər. Hər usta da bir diaqnoztikaya salıb baxıblar ki maşının beyninə loru dildə desək aşıbka düşüb, amma aktual deyil. Yəni yanma sistemində problemlə bağlı səhv kodu düşür amma parametirlərə daxil olub detallı incələyəndə baxırsanki hər şey qaydasındadı. Sürətlər qutusu da eyni ilə aktual aşibka yoxdur. Bir iki çayxana dostu da məsləhət bilib ki get sürətlər qutusu yağını dəyiş onnandı. Qardaş da bu barədə biraz araşdırma etdikdən sonra qərar verib ki sürətlər qutusu yağını dəyişmək üçün bizim servizə yaxınlaşsın. Gəldi dərdini dedi nə necə olub dedi. Biz də dinlədik və daha sonra yağa baxış keçirib gördük ki yağ necə deyərlər çiçək kimidi. Faktiki olaraq maşında da hazırda heç bir nasazlıq yoxdur.
İndi sual yaranır ki bəs bu niyə belə olub və ya belə olduqda sürücü neynəməlidir?
Əzizlərim bilirsiniz ki dünyada hər gün texnalogiyalar durmadan yenilənir. Elektronika avtomobillərdə daha çox tətbiq olunmağa başlayır. Artıq lap yeni nəsil avtomobillər süni zəka ilə belə işləyirlər. Yəqin hətda siz bizdə olmasa da Amerikadakı sürücüsüz avtomobilləri, taksiləri görübsüz sosyal şəbəkələrdə və ya mediada. Baxın dostlar hər bir maşının bir beyini var və bu beyində bir əməliyat sistemi vardır. Avtomobillər də müasirləşdikcə bu əməliyat sistemləri daha da qəlizləşir. Eyni ilə əlinizdəki smartfonun əməliyat sistemi kimi düşünün bunu. Necə ki bəzən telefonunuz durduğu yerdə heç nədən donur, nəbilim öz özunə knopkalar basılır zad. Bax maşının da beyni elədir. Bəzən çüzi bir sirkələnmədən belə olsa və ya hər hansı bir sensorun anlıq nəyisə düz oxumamasına görə beyin error verir. Beyin error verəndə əməliyat sistemində ardıçıllıq pozulur və nəticədə maşın başlayır gijdəməyə. Bu halda ən köməyə çatan həll eyni ilə telefondakı kimi söndürüb yandırırsız və düzəlir. Daha sonra imkan olanda bir diaqnoztika etdirirsiz. Aktual bir aşibka olmursa heç vecinizə də almayın. Bəzən olur ki sürücülər çox narahat olur. Bu narahatçılıqdan istifadə edən hiyləgər usta əlinə düşdükdə isə gərəksiz yerə bir çox şeyləri dəyişirlər və sürücünü mənasiz yerə xərcə salırlar. Halbu ki elə işləyən hansısa detalı söküb yenə işləyən bir detalı qoyurlar. Sürücü də elə bilir ki maşınında ciddi problem var idi və kişinin oğlu düzəltdi.
Sabahınız xeyir.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.