SONRA DA DEYİRLƏR MAŞIN NİYƏ XARAB OLDU?
İstər servisə gələn istərsə də, bizə online müraciət edən adamların böyük hissəsi(demək olar ki 80 faizdən çoxu) avtomobilin kəmər taxılan yerinə sadəcə onun baş hissəsini əlavə alaraq taxır. Bu hərəkət o deməkdir ki, avtomoblin elektronika hissəsinin üstünə benzin tökmüsünüz, sadəcə bir qiğılcım qalıb ki yansın.Yəni bu öz avtomobilimi necə məhv edə bilərəmdən başqa bir şey deyil. Bəziləri bunu ona görə edir ki guya bu "krutoydur" kəmər taxmır,ya da ki, sırf səs gəlməsin deyə edir. Amma bu maşın xarab olanda, hansı ki, heç özüdə bilmir ki nəyi xarab edəcək, belə olanda bu "krutoy " sürücünü ağlamaq tutur.
BƏS BUNUN SƏBƏBİ NƏDİR?
Sürücü elə başa düşür ki , kəmər sistemi adicə bir sistemdir və bu sadəcə adamı oturacağa "bağlamaq" üçündür. Xəbəri yoxdur ki, bu kəmər dolayı və ya birbaşa yolla bütün avtomobil sistemi ilə bağlıdır. Hamını yaxşı tanıdığı, AİRBAG,ABS,ESP, mühərrik bloku və digər elektronik hissələr bu səhv atılan addıma görə yana bilər .Çünki maşını düzəldəndə nəzərdə tutub ki, bu remen taxılacaq.Bu isə taxılanda adamın boyuna və ölçüsünə görə açılır.Bundan sonra yolda nə baş versə bu kəmər maşının vəziyyətinə görə( sürət, dayanma,təcili əyləcləmə, aşma,sürüşmə, çevik dönmə) özünü və sürücünü tənzimləyir. Belə olan halda bu bütün sistemlərlə bir başa əlaqadə olmalıdır ki, qorunmanı vaxtında eləsin.
Bəs sadəcə remenin baş hissəsini taxanda nə olur? Belə olan halda kəmər dartılmayıb amma sistem qapanıb( yeni başlıq taxılıb deyə) onda bütün yol boyunca bu sistemə gələn məlumatı icra edə bilmir və digər sistemləri bir növ zədələyir ki , mən başa düşə bilmirəm mənə nə olub amma mən görmürəm adamın hərəkətini (halbuki ABS buna deyir ki, maşın sürüşüb) .Ona görə də bir müddət sonra, belə xətalı kommunikasiyadan sonra avtomobilin bəzi hissələri naqruzkadan yanır. Və yaxut otutacaqların tərəzisi işlımir. Yada airbag açılır durduğu yerdə(ən aşağısı işığı yanacaq).Bu helə ilkin xətalardır. Bu xətalardan sonra Sİzə ancaq xərcləri hesablamaq qalır.
Unutmayin avtomobilə 1-ci ən böyük ziyan vuran məlumatsız sürücüdür.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.