SOYUQ START VƏ AŞINMA
Əslində bu mövzu o qədər zırıltı mövzudur ki yazmaqla izah etmək çox uzun məsələdir. Bu mövzu yağın tam mahiyətini ortaya qoyan bir mövzudur. Ona görə də çox uzun olacaq deyə bu mövzu barəsində tam detallı yazmağı düşünmədim. Bu haqda gözəl izahlı bir video youtube kanalımızda var. Linkə daxil olaraq izləyə bilərsiniz. https://youtu.be/nfstJZf9j3k?si=T9NV6KuOkxGnHtQX
Sadəcə onu demək istəyirəmki 5w-40 dan 10w-40 a keç deyənlərə izah edin ki, bu zaman soyuq startda yağlanma sürəti 20 saniyə daha gecikir.Yəni 20 saniyə mühərrik 5w-40 a nəzərən daha gec yağlanır və quru işləyir.Qeyd edimki mühərriki işə salma zamanı tam süzülmüş yağın karterdən qaz paylayıcı valın ust hissəsinə qədər gəlib çatmasına kimi olan zamana yağlanma sürəti deyilir. Yağlanma sürəti yağın özüllük indeksinə görə dəyişkəndir.
Hər gün səhər 1 dəfə 20 saniyə quru işləyən motor 1 ayda 600 saniyə edir. Yəni 5w40 dan sadəcə 10w-40 a kecən mühərrik ayda 10 dəqiqə quru işləyir. Bu quru işləmələr isə mühərrikin resursunu normadan artıq itirməsinə kömək edir.Ona görə də tövsiyyə olunur ki yağ özüllüyu seçərkən yalnız və yalnız avtomobil istehsalcısının tələbinə uyğun özüllük seçəsiniz. Hər hansısa bir ustanın deyil.Heç bir usta avtomobil istehsalçısından ağıllı deyil. Çünki avto istehsalçı bu özüllük tələbini qoyarkən mühərrikdəki yağlanma sürətini nəzərə alır və yağ hərəkət edən kanalları ona görə dizayn edir.
5w-40 dan 10w-40 a keçmək yaxın zaman dilimində sizə problem yaratmasa da uzun zaman dilimində o hər ay 10 dəqiqə quru işləmələr sizə özünü 1 ildən sonra hiss elətdirəcək. İlk problem mühərrikdən artıq səslərin gəlməsi olacaqdır ki buda artıq aşınmanın normadan artıq getməsinin nəticəsidir.
#avtok1ubməktəbdir
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.