SOYUTMA MAYYESİNƏ YAĞ QARIŞIR.
Son günlər sosyal forumlarda bu problemlə bağlı bir cox müraciətlər olurdu sürücülər tərəfindən. Əslində insanlar soyutma mayyesinin genişlənmə çənində yağ görür, ama aydınlaşdıra bilmirki nəyin yağıdır və problem hardadır. Mövzu geniş olsa da calışacam cox qısa izah edim ki, sizi yormayım.
Bura da iki cür qarışma ola bilər. Bunu isə primitiv yolla tapmaq üçün sizə bir sıra tövsiyyələr edəcəyik.
Əgər çəndəki qarışımın rəngi cəhrayıya calırsa və sizin avtomobil avtomatik sürətlər qutusuna sahibdirsə, bu o deməkdir ki problem avtomobilin on hissəsində dayanan sürətlər qutusunun yağını soyudan radiyatordadır. Avtomobilin modelindən və konstruksiyasından aslı olaraq bu sürətlər qutusunun yağını soyudan loru dildə desək kitab da ola bilər. Biz ona kitab deyirik əslində isə onun adı istilik dəyişdiricidir.
Əgər cəndəki yağ qəhvəyi rəngdədirsə bu zaman artıq sizin soyutma mayyesinə qarışan mühərrik yağıdır. Mühərrik yağı bir necə halda soyutma mayyesinə qarışa bilir. Bunlar aşağıdakılardır.
1. Mühərrikin bloku ilə qalovkası arasındakı prokladkası xarab olarsa.
2. Mühərrik blokunda cat olarsa.
3.Konsturksiyasından aslı olaraq əgər avtomobildə mühərrik yağının soyuduluması ücün əlavə kitab varsa, bu kitab deşilər və ya salniki cürüyə bilər.
Dəyərli izləyicilər. Bu halların hər hansı biri baş verərsə ya mühərrik yağı yada sürət qutusu yağı soyutma mayyesinə qarışacaqdır. Aşkarladıqdan sonra mümkün qədər avtomobili idarə etməyin və təcili olaraq ustaya göstərin. Nasaz detal aşkarlanıb həll olunduqdan sonra soyutma sisteminin yuyulması mütləqdir. Bu cox ağır proses olsa da həll olunmayacaq məsələ deyil. Ən böyük problem də onda olur ki, muhərrikin soyurma mayyesi işləyən patrubkalar, onlara yağ dəydikdən sonra qısa zamam ərzində cürüyüb sıradan cıxır. Siz gələcək zamanda məcbur bu patrubkalarıda dəyişməli olursunuz. Bunun ücün də gələcəkdə bu hallar olmasın deyə əgər maddi imkan varsa, yağ qarışması olduğu halda sistem yuyulandan sonra patrubkalarda dəyişilsə fayda vardır. Yağ dəymiş patrubkalar çünki zamanla çürüyür.
Oxuduğunuz üçün təşəkkür edirik. Əlavə suallarınız və sizi maraqlandıran mövzular barəsində şərh bolümündə yaza bilərsiniz.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.