SÜRDÜYÜN MAŞIN SƏNİN HARAVA YARAŞIR?
Həəə deməli bir qohum var sravi bir Azərbaycan vətəndaşı kimi özəl bir şirkətdə işləyir. Aylıq məvacibi də hardasa 1500 Azn civarındadı. 2 il bundan öncə bu maşın almaq eşqinə düşdü və elə mənim də qara günlərim bunun eşqi ilə birlikdə başladı. Bu hər ay maaaşından 700-800 azn kənara qoyub pulu artırdıqca eşqi də dəyişməyə başlayırdı. Təsəvvür edin 2 ildi bu adam hər həftə mənə yazır, turbo.az dan link atır, yolda getdiyi yerdə kiminsə maşınını çəkib atır ki, qaqa bundan alsam necədi? Nə başınızı ağradım girib ömürümə çıxmırdı. Axır ki kişinin oğlu 2 il evdəki çamahatı kartofa, badımcana otuzdurub mədəsini yara edəndən sonra yığdığı 15000 pulla özünə bir Chevrolet Cruze alıb. Dünən gəlib deyirəm xeyir olsun a qaqa. Axır ki sən eşqivə qovuşdun evdəkilərdə ətli yeməyə.
Deyir ki, yoxe hələ ət tezdi. Sən mənə qulaq as bu maşına normal təkər hardan alaq? Üstündəki qış təkəridi səsli işləyir. Birdə yaxşı çip tuning edən dostun tanışın yoxdu?
Bir istədim ürəyimdə söyəm bunu. Dedim yoxe qoy elə lobuna yüngülcə deyim. Dedim soxum sənin oğul boyuvu yerə. Sənnən adam olmayıb olmayacaq da.
Baxın dostlar. 1500 Azn məvacibi olan bir insan iki ildi maşın almaq üçün pul yığırsa, deməli evdə iki ildi nələrsə çatmır. Yaxşı day 2 il dözərlər zərər yoxdu. Alır maşını ayda 300 Azn yanacaq. Bir aydan bir 100 Azn ə yağ dəyişsə aya 50 Azn də o edir. Təkər, akkumlyator, digır usta xərcləri, ayda bir nəsə qayda pozub cərimə yazılmasını da hesablasan hardasa aya ortalama 150 Azn də bu edir. Deməli maşın alsa da bu maşın bu adamın məvacibdən 500 Azn yeyəcək. Hələ mən bir də görürsən mator zad əldən qoyur, 2-3 min lazım olur onu saymıram. Hələ mən birdən yolda başın qarışıq olur gedib başqasının maşınına vurursan. Vurduğunu sığorta düzəltsə də sənin maşınını düzəltmək sənin büccəndən yeyir, heç o fors major şeyləri hesablamıram. Deməli nə oldu? Bu adam maşın sürdüyü müddətcə yenə də evdə millət badımcan, kartof , makaron qreçka ilə keçimini davam etdirməli oldu. Nədi nədi kişinin oğlu özünə ayıb bilir ayın 22 iş günü gündə 2 manat xərc çəkib işə içtimai nəqliyatla gedib gəlməyi.
Dəyərli dostlar. Vallah bilmirəm məni nə dərəcədə başa düşürsüz. Çünki ölkədə insanların ən böyük problemlərindən biri Azərbaycanca başa düşmək problemidir. Əksər insanlar sən tapança yazılan şeyi qazança başa düşür. Bu da təhsilsizlikdən əmələ gələn amildir. Mən demirəm ki kasıb adamın maşını olmasın. Usta kimi hammıda maşın olması mənim də işimə gəlir əslinə baxanda. Amma məsələyə düzgün prizmadan baxanda bu ölkədə maşın sürənlərin 50 faizinə maşın lazım deyil. İnanın mənə çönüb ətrafınıza baxsanız mənasız yerə ona buna, dosta tanışa baxıb maşın alan en qədər qohum əqrabanızda, tanışlarınızda adamlar görəcəksiniz. Bəlkə də elə bu yazımı oxuyanlardan nə qədər insan ona maşın lazım olmadığı halda maşın sürür.
Maşın insan həyatı üçün bir lyuksdur. Təbii ki lyuks həyat yaşamaq hər bir insanın haqqıdır və hər kəs bu haqqa hörmətlə yanaşmağa borcludur. Amma sən lyuks yaşayacaqsansa bunun üçün maddi təminatında lyuks olmalıdı. Day gedib Amerikadan cırıq çırıq maşını gətirib , başına gözünə döyüb, orasını burasını şpakilovkalayıb sürmək və sonra da yağ dəyişməyə gələndə ağlaşma qurmaq olacaqsa bu lyuks deyil. Baxın yenə də deyirəm ola bilər li içinzədə kimsı yazımı oxusun məni düz anlamasın . Başa düşürəm və anlayıram. Amma başa düşən insanlar bilir ki ölkəmizə tək keçən 2023 çü iləd 1 milyard 374 milyon dollar dəyərində 81206 ədəd maşın idxal olunub. Bu da hardasa maşın başına böləndə orta hesabla 16000 dollar edir. Əslində çox çiddi rəqəmdir. Hətda bu kimi xərcləmələr bizim kimi kiçik ölkəni devalivasiyalara kimi apara bilir. Day mən demirəm də devalivasiya nədir? Yaşamışıq görmüşük. Hətda bəzilərimizin həyatı devalivasiyaya görə 30 il dala atıb. Hələ 10 ildən sonra indi indi onun fəsadlarının altından çıxırıq. Hər il biz 1.5 milyarddan çox sərvətimizi xaricə axıdırıq. Fərqi yoxdu o pul səndən məndən ondan bundan çıxır. Hər kimdən çıxsa da, ümümi ölkə daxili dövriyədə olan puldan çıxır. Heç kim də anlamır ki bu pulu toplayıb çıxarana kimi də badımcana möhtac oluruq, bu pul çıxarandan sonra da. Çünki bu maşınları diri saxlamaq üçün də yenə milyardlarla dollar xərclənir ki xaricdən yağ, akü, təkər və digər ehtiyyat hissələri gəlsin.
Takşto mən zatən bilirəm ki, bu mən sən o bu deməklə düzələn bir şey deyil. Heç ümid də etmirəm. Amma bir onu bilirəm ki biz bu gedişlə heç də yaxşı yerə getmirik. İraq olsun neft zad quruyub eləsə ( qulağıvızı çəkin kış kış edin) hamımız qırılacıq. Heç badımcan da tapmayacıq yeməyə.
İndi hamınız şərhlərdə yazın ki içtimai nəqliyat yaxşı olsa belə olmaz. Guya ölkədə içtimai nəqliyat olsa Mamed qonşuya baxıb özümü oda yaxım fikrindən vaz keçəçək də))). Mamedi guya tanımırsız siz ?
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.