Logo

SÜRƏTLƏR QUTUSU YAĞI NIYƏ ZAMANINDAN TEZ YANIR(QARALIR)? BU HƏR KƏSİN BAŞINA GƏLƏ BİLƏR

SÜRƏTLƏR QUTUSU YAĞI NIYƏ ZAMANINDAN TEZ YANIR(QARALIR)? BU HƏR KƏSİN BAŞINA GƏLƏ BİLƏR

SÜRƏTLƏR QUTUSU YAĞI NIYƏ ZAMANINDAN TEZ YANIR(QARALIR)?
BU HƏR KƏSİN BAŞINA GƏLƏ BİLƏR.
Bu günlərdə forumların birində qeyd etdiyim mövzu ilə bağlı bir post gördüm. Posta öz fikrimi bildirməsəm də bu problem haqqında ümumi fikrimi sizlərlə bölüşmək istəyirem. 
Deməli mövzu belədir . 
Siz surətlər qutusu yagını dəyişirsiz (təbiyiki normal keyfiyyətli yağdan söhbət gedir )və istehsalçının reqlamentinə uyğun olaraq (məsələn80000 km ) avtomobili bu yağla istifade etmeyi düşünürsüz . Ama 40000 km getməmiş surətlər qutusu yağı yanır ,qatılaşır, ötürmələr gecikir ,vurma halları baş verir və s. Yağda bu hal baş verdikdə isə sürətlər qutusu daha sürətlə aşınır, məhv olmağa doğru gedir və məhv olur. Bəzi insanlar burda günahı ustada bəziləri isə yağda görür. Əgər normal keyfiyyətli bir yağdan söhbət gedirsə bu halın baş verməsinə səbəb yağ deyil. Usta isə düzgün deyişmə edibsə səbəb usta da deyil. 
                           SƏBƏB NƏDIR?
Dəyərli izləyicilər bu kimi halların yaranmasına əsas  2 səbəb olur. Normadan artıq şəhər içi tıxaclarda sürüşlər və ya avtomobilin soyutma sisteminin düzgün işləməməsi. Bu gün sizə soyutma sistemindən bəhs edəcəyik. Əgər sizin avtomobilinizdə soyutma sistemi düzgün işləməzsə dünyanın ən yaxşı yağını ən yaxşı usta belə sizin avtomobildə istifdə etsə, bu yağ yenə qısa müddətdə yanacaq və keyfiyyətini itirəcək.
Burda usta amilidə bir balaca rol oynayır. Profesional şəkildə transmissiya yağı dəyişməsi ilə meşqul olan ustalar yağı dəyişmədən öncə hökmən avtomobili analiz etməlidir. 
Yağ qısa zamanda yanarsa bu sürətlər qutusunda vurmalar və ötürmələrin qeyri stabil keçməsi yaşanır. Bu artıq o deməkdirki sizin surətlər qutunuz artıq məhv olmaq üzrədir. Heç bir halda heç bir diaqnoztik müdaxilə və ya adapdasiya kimi şeylər bu problemin qarşısını almır.
        BƏS ƏSLINDƏ NECƏ OLMALIDIR?
Bu kimi hallar yaşanmasın deyə transmissiya sisteminizdə əgər hər hansı bir problem yaşanarsa ilk növbədə avtomobilin soyutma sistemini yoxlatdırın və bunun doğru işlədiyindən əmin olun. Transmisiya avtomobilin bir parçasıdır. Avtomobilin muhərrik sistemində belə yaranan cüzi problemlər transmisiyanın işləməsinə mənfi təsir göstərə bilər. Bu səbəbdən də transmisiya yağı dəyişmədən avtomobilin digər hissləri elektron və ya mexaniki diaqnoztikadan keçməlidir.  Hətda su pompası nasaz olarsa belə bu yağın tez sıradan çıxmasına gətirib çıxara bilər .  Bu məsələlərə ciddi yanaşmaq və gələcəkdə avtomobilinizi ciddi xərclərdən qoruya bilərsiniz.
Transmisiya yağları ilə bağlı suallarınızı şərh bölümünə qeyd edə bilərsiz .
Oxuduğunuz üçün təşəkkür edirəm.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.