SÜRƏTLƏR QUTUSUNDAN SƏS GƏLİRSƏ VƏ YA BAŞQA PROBLEM VARSA NEYNƏMƏLİ.
SÜRƏTLƏR QUTUSU İSTİSMARI VƏ BAXIMI HAQQINDA
Avtomatik sürət qutusu ilə təchiz olunan avtomobillərə komfortlu olması səbəbindən sürücülər daha çox üstünlük verirlər, ona görə də son illər demək olar ki, bütün maşınlar avtomatik sürət qutusu ilə təchiz edilir:
"Lakin bu tip sürət qutusu idarəetməni rahatlaşdırmasına rəğmən, avtomobilin xərclərini də artırır. Bir çox sürücü isə idarə etdiyi avtomobilin yeni sürət qutusunun minimum 2000 manatdan baha olduğunu bilmir (söhbət 300 manata 20 ildi ışləmiş ölüxanadakı yarım can ceşka karobkasından getmir)
Avtomatik sürət qutusunda yaranan problem, xidmət və istifadə qaydaları ilə bağlı sürücülər tərəfindən çox müraciətlər olur. Biz də bacardığımız qədər bildiklərimizdən yazırıq ki, sürücülər oxusun və bu məsələlərə diqqət etsin.
Avtomat sürət qutusunun ömrü
Adətən bəzi sürücülər idarə etdikləri avtomobildə olan avtomatik sürət qutusunun onlara ömürlük xidmət edəcəyini düşünür. Bu, qətiyyən belə deyil. Sürət qutusunun 250-300 min km yürüş aralığında ilkin təmirə ehtiyacı yaranır. Bu göstərici isə həmin müddətə qədər düzgün xidmət göstərilən avtomobillərə şamil olunur. Ümumiyyətə demək olar ki əksər sürətlər qutusuna istehsalçı zavod 250-300 min resurs qoyur. Bu resursu uzatmaq olarmi? Bəli olar. Yalnız düzgün istismaq qaydaları və zamanında olunmuş qulluqla.
Sürət qutusundan gələn səs
Bəzən ustalar və Eynşteyn sürücülər avtomatik sürət qutusundan səs gəlməsi probleminin həllini sürət qutusunun yağının dəyişməsində görür. Ancaq bu belə deyil. Sürət qutusundan səs gəlirsə və ya başqa bir problem hiss edilirsə, bu, yağ dəyişməklə düzəlmir. Ümumiyyətlə sürücü bilməlidir ki, yağ qoruyucudur təmir edici deyildir.
Yağın dəyişdirilməsi
Yağın dəyişdirilməsində sürücüləri çaşdıran bir neçə məqam var. Burada ilk növbədə yağın verdiyi kilometraj, sürət qutusu istehsalçısının tövsiyə etdiyi interval, sürət qutusunun vəziyyəti və sürücünün bu sürətlər qutusunu hansı şəraitdə sürdüyü nəzərə alınmalıdır. Məsələn trasda sürülən avtomobillə şəhərdə sürülən avtomobilin sürətlər qutusu yağının keyfiyyət itirmə fəqi 10 qata yaxındır. Mən isə ümumiləşdirilmiş formada yağın qarışıq rejində maksimum 50 min km-dən bir dəyişdirilməsini məsləhət görürəm.
Soyuq aylarda yaranan problem
Avtomobil isti hava şəraitində soyuq vaxtdan daha düzgün çalışır. Adətən avtomobilin problemləri də qış aylarında – soyuq vaxtlarda üzə çıxır. Avtomobil - istər yeni olsun, istər köhnə - əgər havanın temperaturu 0 dərəcəyə yaxındırsa, mühərrik işə salınandan sonra temperaturun ən azl 20-yə çatmağını gözləmək lazımdır. Bunun səbəbi isə sürət qutusunun mühərrikdən daha gec qızmasıdır. Belə hava şəraitində avtomobili işə salan kimi hərəkət etmək kobud şəkildə desək, mühərrikə 1, sürət qutusuna 5 ziyan vurur.
İşlənmiş avtomobillərdə sürət qutusu problemi.
Çox adam ucuz, işlənmiş və avtomat sürət qutusu olan avtomobil almağa üstünlük verir. Həmin insanlar özlərinə əlavə xərc yaratdığını bilmir. Nəzərə almaq lazımdır ki, avtomobilin istismar ömrü (ilk təmirə gedəcək vaxt) 10-12 ildir. Bu yaşın üzərində avtomobil alan şəxslər sürət qutusunun hər an sıradan çıxma ehtimalının olduğunu unutmamalıdır.
Ötürmələrdə səs və idarəetmə tempi
Sürücülər adətən avtomobildə yüngül səs, boğulma və sürət qutusunun dəyişməsinin gecikməsindən şikayətlənir. Bu problem əksər hallarda köhnə avtomobillərdə baş verir. Bunun səbəbi sürət qutusunun xarab olması yox, ondan düzgün istifadə edilməməsidir. Belə hallar yanlış idarəetmə və mühərrikin zamanında lazımi gücü əldə edə bilməməsindən irəli gəlir. Bu cür problemlə qarşılaşan zaman mümkün qədər sürəti asta şəkildə yığmaq lazımdır. Rus demişkən plavınnı.
Düzgün istifadə
Avtomatik sürət qutusu nisbətən sakit istifadə üçün nəzərdə tutulur. Yəni avtomobili yüksək qazla, ani sürət endirilməsi və artırılması ilə idarə etmək olmaz. Olareee amam daha tez anası ağlayar. Sürət qutusunda yaranan problemlərin bir çoxu məhz bu cür yanlış və aqressiv istifadədən qaynaqlanır".
Dəyərli izləyicilər.Yazı biraz uzun olduğu ücün üzrlü hesab edin. Oxuduğunuz üçün təşəkkür edirəm.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.