SÜRÜCÜ BİLMİR KİMƏ İNANSIN.
Nə vaxtı bu yazını yazmaq istəyirdim. Amma düşünürdüm ki məni tanıyan kütlənin bir hissəsi düz anlasa da bir hissəsi yenə baş əyaq başa düşəcək. Mən də kimsə məni baş ayaq başa düşəndə nervilənib həvəsdən düşən adam kimi istəmirdim bu mövzuya toxunam. Amma bu səhər dedim qoy yazımeee. Söz ki gəldi gərək içində saxlamayasan.
Deməli avtomobil sektorunda ustalar iki hissəyə bölünür. Təmirçi ustalar və periodik baxım edən ustalar.
Təmirçi ustalar çilingər, mühərrikçi , sürət qutusu ustası və s ustalara aiddir.
Periodik baxım ustaları isə yağ dəyişmə, razval , balans və s ustalardan formalaşır.
Təmirçi uataların yanına sürücü yalnız nasazlıq olanda gedir amma periodik baxım ustasına nasaz olsada olmasada gedir. Məsələn yağ dəyuşmədə sürücü bir obonentdir. İstədi istəmədi yağı dəyişməlidir. Amma mühərrikdə nasazlıq olmasa bir mühərrikşiyə illərlə getmiyə bilir.
Bu hər iki tip ustaların avtomobilə yanaşmasıda fərqlidir. Periodik baxım edən ustalar hər nə yolla olur olsun istəyir ki avtomobil sağlam qalsın . Nə vecinə. Bilirki sağlam qalsada onsuzda bu adam hər iki aydan bir yağ dəyişməyə gəlməlidir sağlam qalmasa da gəlməlidir. Amma sağlam qalsa həmişə gələcək. Sağlam saxlamasan abonentin səni təek edib başqa yerə gedəck.
Təmir ustalarında isə məsələ fərqlidir. Onlar istəyir ki avtomobildə daimi nasazlıq olsun ki sürücü bunada bir baş çəksin. Avtomobil həmişə saz olsa bunun balası evdə aboy yeyəsi deyilki?
İndi bayaqdan yazıram hammıya maraqlıdır ki mən sözümü hara gətirmək istəyirəm. Deməli bir ysta var necə zamandı özünü yırtır dağıdırki bəs maşına qatqı tökməyin ay kollektor sajıvı tutulur ay katalizator tutulur falan filan. Adam baxır bilmir nə desin. Özüdə dostumdueee salam əleyk var, baxıb gülürəm))))
İlk növbədə onu qeyd edim ki dünyada bütün qatqı istehsalçıları bu qatqıları ona görə istehsal edir ki avtomobilin elə bu hissələri uzun ömürlü qalsın xarab olmasın. Dəli deyilki qatqını maşını xarab etmək üçün istehsal edə? Ağıl var məntiq varda. İnsanlar milyardlarla sərmayə qoyur ki biznesini batıra?
İndi burdan bir sual yaranır. Niyə bəs usta inadla qatqı tökməyin deyir? Niyə mühərrik ustalarının çoxu inadla mühərrikə aşınma önləyici qatqı tökməyin deyir?
Guya qatqı satan aldatmırki? Qatqı satanda aldadırda. Bir səhifədə baxıram. Guya bir kşinin oğlunu yanacaq istehsalçısı qismində çıxarıblar efirə. Aparıcı sular verir ki bəs ay istehsal mütəxəsisi. 92 ilə 95 qarışır? Mütəxəsisdə deyir ki mən qarışdırıb öz maşınımda test elədim kərkinmə oldu))). Kərkinməeee . Ay qardaş ya çıx kimya prinsiplərinə dayanan elmi izah ver. Yada denən ki biz istəmirik ki insanlar 92 ilə 95 i qarışdırsın. Ona görə istəmirik ki olar qarışdırsa bizim yanacaq qatqıları satılmayacaq. Səmimi olunda.
Camahatı sarımaq nəyə lazım? Səmimi olaqdaa.
Ps. Mənim fikrim qatqı zad satmaq deyilaaaa.Cərə satılsın cəhənnəmə satılsın. Onszuda mən də lazımsız insanların cibinə girən qatqıların əleyhinəyəm, bunu hər zamanda videolarımda göstərirəm də və youtube kanalımızda yayımlayıram.
Mənim fikrim insanlarda normal düşünmə və məsələləri analiz etmə qabiliyiyətini formalaşdırmaqdır.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.