SÜRÜCÜLƏR YALAN DANIŞARAQ ONU XOŞBƏXT EDƏN USTALARI ÇOX SEVİR
Hər zaman avtomobilin tələblərinə və reqlamentə uyğun qulluğuna sərt yanasmağımıza baxmayaraq arada sürücüləri xoşbəxt edəcək söz də deməyi unutmuruq. Kasıbcılığın üzü qara olsun. Əgər bir usta kimi sürücünü xoşbəxt etmək istəyirsənsə, USTA BAX GÖR BU HƏLƏ GEDƏR sualına getməsə belə SÜR QARDAŞ HƏLƏ GEDƏR deyə cavab yetərlidir. Bu yanlışdırmı ? Bəli yanlışdır. Ama başqa çarə yoxdur . Çünki sürücünün ustaya, ehtiyyat hissəsinə pul verməyə imkanı yoxdu. Amma maşını da tam məhv eləmək istəmir. Heç olmasa arada tez tez gətirib ustaya göstərir ki bax gör nə qədər ömrü qalıb. Düşünür ki görüm sıxa sıxa hara kimi apara bilərəm bu detalı? Bəzən sürücülər ustaya bax gör gedər sualı verəndə sanki gözündən oxuyursan ki səndən xoşbəxt olmaq üçün hansı cavabı gözləyir . Buda avtomobil təmirinə daha bir Azərbaycansayaq yanaşmadır.Allah hamının köməyi olsun . Amin
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.