Logo

SÜRÜCÜNÜ ALDADIB BAHALI YAĞI SATMAĞIN YOLU.

SÜRÜCÜNÜ ALDADIB BAHALI YAĞI SATMAĞIN YOLU.

SÜRÜCÜNÜ ALDADIB BAHALI YAĞI SATMAĞIN YOLU.

Bir çox sürücü bahalı yağ seçərkən əsas məqsədlərdən biri uzun yağ dəyişmə intervalı əldə etməkdir. Bunu bilən yağ satıcıları da, bu temanı istifadə edərək bahalı yağı satarkən müştəriləri şirnikləşdirmək üçün uzun yağ dəyişmə intevalı vəd edirlər. Əalində bu tam absurt, qeyri peşəkar yanaşmadır və əslində mühərrikin evini yıxmaqdır. Loru dildə deaək aldatmaqdır.
Bu tip yalanlara inanmaq təbii ki lazım deyil. Qiymətindən aslı olmayaraq ən keyfiyyətli və ən bahalı bildiyiniz sintetik yağ 300 moto/saat dan sonra tamamı ilə mühərriki qoruma xüsusiyyətini itirir. Özüdə hələ keyfiyyətli yanacaqlahaaaaa. Söhbət ən yaxşı yağlardan gedirhaa. Orta seqment qoruyucu qatqı paketləri zəif olan yağları hələ demirəm. Bu 300 moto saat 20000 km də ola bilər  5000 km də.

Əgər siz məsələn Yevlax Bərdə xaltura edirsizsə və yalnız tras sürürsünüzsə bu zaman sizin avtomobildə  moto saat rahat 70-80 Km/h olacaq.
70 Km/h × yağın 300 moto/saatı =  21000 Km yürüş.

Yox əgər siz 20 yanvarda yaşayıb hər gün 28 maya  işə gedib gəlirsinizsə bu zaman sizin avtomobildə moto saat 25 Km/h olacaq. Çünki siz Bakının probkalarında maximum 1 saata 25 km sürə bilirsiniz. İnanmayan özü yoxlaya bilər.
25 Km/h × yağın 300 moto/saatı = 7500 Km yürüş

Ona görədə hər hansı bir Amazon Papuqayının sözünə deyil, avtomobil istehsalçısı və yağ istehsalçısının təlimatlarına əməl edin ki sonra balaların boğazından kəsib motoristə verməyəsiniz. Untmayın ki yağın bahalı olmağı onun keyfiyyətli və uzun kilometrajlı olmasına dəlalət etmir. Bu bahalıq hər hansı bir marketink hiyləsi də ola bilər və əksəriyyəti elədir. 

Azərbaycan tək ölkələrdəndir ki ölkəyə ən ucuz girən bir məhsulu küyə basıb ən baha satmaq olur və satılırda.  Əslində buna bütün yağların zavod çıxış qiymətini bilən biri kimi bir neçə misal da gətirə bilərəm. Sadəcə mən desəm də deməsəm də zatən camahat yüksək alıcılıq qabiliyətində alırda. Ara yerdə özümü niyə pis edim? 

Unutmayın. Azərbaycanda 300 moto/saat ın üstündə resurs verən yağ yoxdur. Verəcək yağ olsa da ona uyğun yanacaq yoxdur. Bunu sizə tam məsuliyətimlə deyirəm.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.