Logo

SÜTƏTLƏR QUTUSU YAĞINI DƏYİŞDİKDƏN SONRA ÖTÜRMƏLƏRDƏ PROBLEM YARANMASININ SƏBƏBİ NƏDİR?

SÜTƏTLƏR QUTUSU YAĞINI DƏYİŞDİKDƏN SONRA ÖTÜRMƏLƏRDƏ PROBLEM YARANMASININ SƏBƏBİ NƏDİR?

SÜTƏTLƏR QUTUSU YAĞINI DƏYİŞDİKDƏN SONRA ÖTÜRMƏLƏRDƏ PROBLEM YARANMASININ SƏBƏBİ NƏDİR?

Bu mövzu barəsində bir altı ay bundan qabaq yazı yazmışdım. Bu gün sürücülər bu halla o qədər rastlaşır ki, istədim yenidən fikirlərimi sizinlə bölüşüm.
Düzdür demək olar ki indi bütün yağ dəyişmələr sürətlər qutusu yağı dəyişir. Ala yarımcıqda olsa, hansı tempraturda səviyyə kantrolu olmasını bilməsələrdə, öncədən sürüb və ya elektron diaqnoztika ilə dəyərləndirmələr aparmasalar da axrı birtəhər dəyişirlərdə. Təsəvvür edin ki siz avtomobili ikinci əl yeni alıbsız və sizdən öncə heç sürətlər qutusu yağı dəyişilməyib. Ya da siz özünüz uzun illərdir idarə etdiyiniz avtomobildə hələ sürəndə loru dildə desək taqqq eləmir deyə sürətlər qutusu yağı dəyişməmisiz. Bizdə çox adam taqqq eləməmiş dəyişmir axı)))). Bir gün də çayxanada bir yerdə nərd atdığınız Mamed sizə tövsiyyə edirki karobka yağını dəyişdirəsiz. Sizdə avtomobili aparırsız yağ dəyişməyə usta yağa baxan kimi deyirki QAQA BU MAZUTA DÖNÜB DƏYİŞMƏK LAZIMDI.
Nəysə qaqam yağı dəyişir qanuni dopusklu fısqırıx bir yağla. Yağ dəyişmədən sonra avtomobildə loru dildə desək sürətlər qutusunda buxsavat eləmə yaranır yada heç yerindən tərpənmir. Bunnan sonra da usta qarışır maşın yiyəsinə maşın yiyəsi qarışır ustaya. Ortalıqda qalanda çayxanada yağı dəyiş deyə fitfa verən Mamed olur.

Bəs bu niyə belə olur?
Məsələ ondadır ki hər usta yağ dəyişmə intervalı gecikmiş sürətlər qutusunun yağını gətir qaqan dəyişsin heçnə olmaz deməməlidir. Düzdü kasıbçılığın üzü qara olsun. Ustada sürətlər qutusuna müştəri gələndə çalışır dəyişsin ki, mühərrik yağından bir balaca artıq pul qalır da ustaya.
Keçək məsələnin texniki tərəfinə. 
Yerləşdirdiyimiz şəkildən də gördüyünüz kimi sürətlər qutusunun içində friksiyon paketlər olur ki, həmən paketlərin koməyi ilə mühərrikdən gələn güc üzü arxaya ötrülür.Bəs bu paketlər bu gücü necə ötürür? 
Diqqətlə baxdıqda gördüyünüz kimi bu friksiyonların üzü sanki şkurka kimi olur. Cünki elə olmasa onlar yağın yaratdığı təzyiqlə bir birinə yapışıb güçü arxaya ötürə bilməz. 
Zamanla dəyişilməyən sürətlər qutusu yağı, keyfiyyəti ölür deyə həmən bu friksiyonlarda yüksək dərəcəli aşınmaya səbəb olur və friksiyonların loru dildə desək şkurka kimi üzü başlayır yeyilib toz kimi yağa qarışmağa. Yeyilmələr olsa da yağa qarışmış həmən o toz dənəcikləri yenə də heç olmasa friksiyonlar arasında kipləşmə yaradıb sürətlər qutusunu aparır..
İndi xam ustada yağı dəyişən kimi həmən toz dənəcikləri olan yağ boşaldır və yerinə təzə çiçək kimi yağı tökür.
Yağ təzə. Friksiyonlarda yeyilmiş şüşə kimi. Bəs bu friksiyonlar arasında kipləşməni nə təmin etsin? Heçzad. 
Başlayır bu zaman maşın ya yeriməməyə, ya da sürəndə sürətlər qutusu buxsavat etməyə.
Düzdü bu temanı gedib hansısa Avropa ölkəsində danışsan adamın cəmdəyinə söyərlər. Çünki onlarda belə hallarda sürətlər qutusu tamamilə yeni paketlərlə əvəz olunuraq həll olunur. Söhbət qalır ustanın boynunda gedir camahata sürətlər qutusu yığdırır. 
İşini bilən usta  isə ən yaxşı halda sürətlər qutusundan çıxan köhnə yağı qaytar içinə sür getsin. Harda qırılar qırılar)))

Dəyərli dostlar ona görə də sürətlər qutusu yağı dəyişən ustanın gərək ən azından bu andıra qalmışın iş prinsipindən başı çıxa. 50 manat pul qalacaq deyə hər maşına qaqa dəyişək demək olmaz. Sonra o 50 manat qaqa ilə səni düşman edəcək. Sən usta olaraq heç zaman sübut edə bilmərsənki sən yağı kecikdirmisən və friksiyonlar yeyilib deyə belə olub.Bu zaman içindəki köhnə yağı təzədən yerinə qaytararaq çox böyük texniki savada malik usta olmalıdır ki bunu izah edə. Adam haqlı olaraq sənə deyəcək ki bura gələnə kimi gül kimi işləyirdıdəəə qardaş.

Belə halların baş verməməsi üçün biz Avtok1ub olaraq sürətlər qutusu yağ dəyişməsini sırf sürətlər qutusu ustasına həvalə etmişik. Sürətlər qutusu ustası yağı tam müayınə etdikdən sonra dəyişib dəyişməyəcəyinə qərar verir ki, sonradan  nə biz nədə sizə yağı dəyiş deyən çayxanadakı Mamed söyülməsin.

Oxuduğunuz üçün təşəkkür edirəm. Nə sualınız olsa şərh bölümündə yaza bilərsiz. Çalışın sürətlər qutusu yağını reqlamentə uyğun intervalda dəyişəsiz ki belə problemlərdən də uzaq olasız.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.