Logo

TEZ QARALAN YAĞ YAXŞIDI, YOXSA GEC QARALAN?

TEZ QARALAN YAĞ YAXŞIDI, YOXSA GEC QARALAN?

TEZ QARALAN YAĞ YAXŞIDI, YOXSA GEC QARALAN?

Sosyal şəbəkədə bu mövzu hər zaman aktual olsa da hələ buna konkret profesional cavab verən şəxsləri mən görməmişəm. Çünki hərə fərqli prizmadan yanaşaraq bir show göstərməyə çalışır və bununla guya gündəm saxlayır.  Günümüzün sadə sürücüsünə də zatən məslənin mahiyyəti maraqlı deyil. Sürücü onsuzda özü show axtarir. Deyəcəksiz ki hardan bilirsən? Deyim də hardan bilirəm. Yağın bərbat hala düşməsi ilə bağlı video qoyuram 50000 baxış 500 bəyənmə yığır. Səhər onun niyə o hala düşdüyündən texniki bir yazı yazıram 50 bəyənmə 1500 baxış yığır. Yoxsa qaqanız sizə texniki elə mövzular yazar ki fısqırıx. 

Nəysə keçək qaralma mövzusuna. Bu movzuda ustaların özündən icad elədikləri bir mif var ki, QAQA YAXŞI YAĞ QARALAR ÇÜNKİ MOTORU YUYUR. Bəziləridə deyir ki yoxee yaxşı yağ qaralmaz. Qaralırsa deməli istiliyə dözmür filan.  Bir iki nəfər də elə onun bunun ağzından eşidib elə hər zaman bu sual yarananda eyni cavabı yazıb bir birini yola verirlər. Hələ bir də görürsən kimsə onun bunun ağzından eşitdiyi sözlə gəlib sənlə mübahisə edirhaaaa, onda adam az qalır əsəbdən tüstüləsin))).
İndi isə icazənizlə mən sizə zamanından tez qaralma hansı şəraitdə yağın yaxşılığına və hansı şəritdə yağın keyfiyyətsizliyinə dəlalət edirsə onu izah edim. 

1.Əgər sizin mühərrikdə öncədən işlədilmiş keyfiyyətsiz yağdan dolayı kokslar varsa və siz sonradan bu mühərrikə brend bir məhsul istifadə edirsizsə , bu brend yağ mütləqdirki qısa zamanda o koksu yuyub özü qarala.

2.Əgər sizin mühərrikin daxili divarları tər təmizdirsə və siz ona aşağı keyfiyyətli yağ alıb istifadə etsəz, oda zamanından tez qaralacaq. Çünki keyfiyyətsiz yağın flash pointi ( parlama nöqtəsi) və TBN-i (turşuluq önləyici əlavə) aşağı olduğu üçün mühərrikin yuxarı tempraturuna dözümsüzlük göstərir.

3.Əgər sizin mühərrikin daxili divarları təmizdirsə və siz keyfiyyətli yağ istifadə edirsizsə , bu zaman sizin mühərrik yağı mümkün deyi ki zamanından tez qarala. 

Qeyd edimki mühərrik yağlarının tez qaralması yanacağın keyfiyyəti ilə də bağlı ola bilir. Məsələn dizel mühərriklərdə yeni tökülmüş yağı qaraltmaq üçün sadəcə mühərriki 1 dəqiqə işlətmək bəs edir. Buna səbəb dizelimizin tərkibində olan normadan artıq kükürdün yanma kamerasında hisli yanaraq karter qazları vasitəsi ilə yağa qarışmasıdır.

Benzin mühərriklərdə isə yüksək oktanlı yanaçaq işlədənlərdə zamanından tez qaralma müşahidə olunmasa da, 92 oktanla işləyən avtomobillərdə bu qacılmazdır. Yenə də buna səbəb yanma kamerasında saf yanmanın təmin olunmamasıdır.

Mühərrik yağlarını tez qaraldan səbəblərdən də biri  yağ dəyişmə zamanı motor flushdan ( mühərrik yuma qatqısı) istifadə olunmamasıdır. Yağ dəyişmə zamanı köhnə yağ nə qədər süzülsə də, mühərrikin divarlarına yapışıb bir miqdar qalır. Daha sonra siz yeni yağı əlavə elədikdə divarllara yapışmış köhnə yağ əlavə etdiyiniz yeni yağa qarışaraq hələ heç sürülməmiş yağın qaralmasına artıq öz təsirini göstərir. Motor flush isə yağ dəyişmə zananı bu divara yapışmış köhnə yağların daha tez parçalanıb karterə axmasını təmin edir.
Biz Avtok1ub olaraq motor flus qatqısının kör təbii şəkildə istifadə olunmasını məsləhət görmürük. Mütləq çəkildə profesional usta tərəfindən mühərrikə baxış keçirdikdən sonra istifadəsi lazımdır. O zaman gözəl nəticə ala bilərsiniz.
Təmiz mühərriklərdə motor flush istifadəsindən sonra karter açıb kəfkir yuduzdurmaq lazım olmasa da , çirkli mühərriklərdə istifadə olunduğu zaman kareteri açdırıb kəfkiri yuduzdurmaqda fayda var.
Ümumiyyətlə çalışın hər zaman yaxşı mühərrik yağları istifadə edin ki, bu kimi halları yaşamağa da gərək qalmasın . Yaxşı mühərrik yağı deyərkən də bu bahalı mühərrik yağı anlamına gəlmirhaaa. Özünüzü çaşdırmayın. Yaxşı mühərrik yağı qiyməti ilə deyil texniki göstəriciləri ilə bilinir.
Oxuduğunuz üçün hər birinizə təşəkkür edirik.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.