Logo

TEZ TEZ USTA DƏYİŞMƏYİN FƏSADLARI VƏ FAYDALARI.

TEZ TEZ USTA DƏYİŞMƏYİN FƏSADLARI VƏ FAYDALARI.

TEZ TEZ USTA DƏYİŞMƏYİN FƏSADLARI VƏ FAYDALARI.
Keçmişdə yadımdadı babam və ya atam həmişə maşını bir ustaya aparardı. İndi də elə insanlar var. Necəki saçını yalnız bir ustaya etibar edən insanlar var, elə də maşını yalnız bir ustaya düzəldən insanlar var. 
Əslində bu yazını yazmağıma səbəb bu yaxınlarda qarşılaşdığım bir nuans oldu. Deməli bir qardaşın maşınında problem var . Kia klubda qarşıma çıxdı qardaşın paylaşımı. 
Maşınımda filan problem var səbəbi nə ola bilər ? Hansı usta münasib düzəldə bilər? Bir iki usta hərə fərqli səbəblər dedi fərqli qiymətlər dedi. 
Sonra eyni paylaşımı Hyundai klubda gördüm. Maşınımda filan problem var səbəbi nə ola bilər ? Hansı usta münasib düzəldə bilər?
Yenə fərqli ustalar fərqli səbəb dedi fərqli qiymətlər. 
Daha sonra bu paylaşımı avtomobil ustalarının olduğu bir qurupda gördum.
Nə başınızı ağradım  qardaş maşına görə ölkəni qaldırıb ayağa. Hələ də nə dərdini deyən var nədə konkret qiymət. 
Mən demirəm ustalar savadsızdı. Usta facebookda sürüçünün sözü ilə şərh bölməsində maşına diaqnoz qoya bilməz. Ümumiyyətlə usta maşına baxmadan filan şey nədən olar sualına belə tam düzgün diaqnoz qoyması mümkün deyil. Təbii ki bəzi maşınların xrinoki dərdləri olur ki onu artıq sürücü telefonda deyəndə bilirsən dərdi nədir. Amma müasir avtomobillərin sistemlərindəki xətaları şərhdə, mesajda, zəndə dəyərləndirmək utopiyadı.
Mən hər zaman demişəm və yenədə deyəcəm. Gənc sürücülər hələdə avtomobili istismar etmənin qaydalarını bilmir. Bəzi hallarda özlərini çox ağıllı hesab edərkən ,müasir hesab edərkən sonrada zibilə düşürlər.
Heç olmasa babalarınıza atalarınıza oxşayında. Bir normal usta tapın maşını da hər zaman ona göstərin təmir etdirin. O da tapa bilsəniz. 
Bilirsiniz bunun nəyi yaxşıdı? 
O usta artıq o maşının harasında nəyi var hamıdan yaxşı biləcək.  Necəki saç ustasına əyləşəndə artıq o bilir ki, sizin başınızı necə düzəltmək lazımdı.
Yoxsa bu gün bu ustada ,sabah başqasında, bürügün bir başqasında olsa hərə əlinə gələn bir detalı dəyişəcək və sonda ziyana düşən yenə siz olacaqsınız. 
Bir yandan da qınamıram usta dəyişənləri. Onlara haqq verirəm. Çünki bəzən bu loyallıqdan istifadə edən usta ya qiyməti qaldırır, ya da başlayır pis keyfiyyətsiz ehtiyat hissəsi qoymağa. Bununla çox rastlaşmışam. Usta bilir ki bu sürücünün bundan başqa gedəcək yeri yoxdu. Hər zaman keyfiyyətsiz ehtiyyat hissəsi qoyur ki ən azı bu adam ildə iki dəfə gəlib pul versin buna. Belə ustanı dəyiməsən də nə cibində pul qalacaq nə də maşınında hal.

Bəs siz usta dəyişməyin faydasını görübsünüz yoxsa ziyanını?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.