TRANSMISIYA YAĞI NƏ ZAMAN DƏYIŞILMƏLIDIR?
Əziz izləyicilərimiz müasir avtomobillərin bütün yağ ve mayyeləri ağzı açılmadan qablaşmada 5 il saxlana bilər. Bu son işlətmə tarixi həmçinin transmisiya mayyelərinə də ayiddir. Çünki bir çox istehsalçılar qablarda bu tarixləri yazır. Amma yazmayanlar da rastıma çox çıxıb. Lakin mühərrik yağı mühərrikdə istifadə olunduqdan sonra kənar təsirlərə məruz qaldığı üçün avtomobil az sürülsə belə, yağın baza hissəsindən aslı olaraq 6 ay və ya 1 il müddətinə oksidləşir. Sürətlər qutusu yağları isə kənar təsirlərə məruz qalmır. Yalnız qızma soyuma prosesi gedir deyə bu yağları 5 il sürətlər qutusunda saxlamaq olur. Düzdü mən bir xarici məlumat mənbəsində oxumuşdum ki, sürətlər qutusunun yağının il söhbəti olmur. Amma səmimi desəm nə qədər araşdırsam da bunun tam nöqtəsinə gedib çıxa bilmədim. Saxlamışam bu məsələni hansısa yağ zavodu səfərinə ki , bu movzunu istehsalçı ilə tam dəqiqləşdirim həm də sizinlə paylaşım.
İYLƏMƏKLƏ KEYFİYYƏTİ BİLMƏK OLARMİ?
Bu gün bir çox servizlerde yağı iyləyərək sizə bu yağı dəyişin yada sür getsin hələ biraz gedər kimi sözlər deyirlər. Bu bir mənalı şəkildə qeyri professional bir yoldur . Heç bir ustanın burnu labaratoriya deyil. Əgər bir usta bunu edirsə demək ya sizi aldadır yada artistlik edir. Bir avtomobil 0 km dən sizdə olmayıbsa və siz transmisiya yağının nə zaman dəyişildiyini bilmirsizsə ən optimal variant rəngə görə təyyin etməkdir. Bu rəngi təyyin etmək üçün isə aşağıdakı şəkilə diqqət yetirə bilərsiniz. Transmisiya yağını yanmadan öncə dəyişmək tövsiyyə olunur. Yanmış yağ transmisiya hissələrinə zərər yetirir və siz yağı dəyişsəz belə problem aradan qalxmir.
Daha bir yoxlama yolu isə yağın oksidləşməsini ölçən detektorla yoxlanmasıdır. Düzdü bu avadanlıqdan ölkəmizdə hardasa görməsəm də Avtok1ub Yağ Mərkəzinin sürətlər qutusu bölməsində vardır. Elə biz də əslində xaricdən sifarişlə təzə almışıq. Çihaz yağın turşulaşma miqdarını ölçərək loru dildə desək neçə faiz güçü qaldığını təyyin edə bilir. Bununla da qərar vermək olur ki yağın keyfiyyəti hansı dərəcədədir.
Daha bir məsələ də xaricdən idxal olunan avtomobillərin sürətlər qutusu yağları ilə bağlı məsələdir. Bu avtomobillərdə avtomobili satanla bir başa əlaqədə olmadığınız və "qaqa bunun karobkasının yağını nə vaxt dəyişibsən" sualını verə bilmədiyiniz üçün sürüçü bu barədə tam məlumatsız olur. Ona görə də yaxşı olar ki Amerika Koreyya ve s ölkələrdən ixrac olunan bütün avtomobillərin transmisiya yağı birmənalı şəkildə yoxlanılsın. Siz elə düşünməyin ki xaricilər sürətlər qutusu yağını vaxtı vaxtında dəyişir. Onlar ümumiyyətlə maşına önəmsiz bir əşya kimi və a nöqtəsindən b nöqtəsinə aparan nəqliyyat kimi baxırlar. O bizik maşını mülk hesab edən, var dövlət hesab edən. Mən çox görmüşəm uşağına Turçinka yedizdirib matora bahalı yağ axtaranları. Bilirsiz onlar hansı adamlardı? Bu yazımın ilk çümləsinin mötərizə hissəsindəki adamlarla eyni dünya görüşündə olan adamlardı.
Oxuduğunuz üçün təşəkkür edirəm. Bir daha bütüm həqiqi müsəlmanları bayram münasibəti ilə təbrik edirik.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.