USTA YAĞA PROBLEM OLMAYACAQ DEYƏ ZƏMANƏT VERƏ BİLMƏZ.
İş prosesində müştərilərimiz tərəfindən tez tez rast gəlinən mövzulardan biri də zəmanət verirsən söhbətidir. Yəni inanın ki hər hansı bir məhsulu müştəriyə təqdim etdikdə mütləqdir ki o səndən soruşacaq bunu. Usta bu yağın yaxşı olduğuna zəmanət verisən?
Əslində yola verdi etmək istəyən usta o saat deyəcək ki başımla cavabdehəm. Ya da deyəcək ki qardaşın ona 100 faiz zəmanət verir zad. Amma bu sadəcə müştərini rahatlatmaq və arxayın salmaq üçün deyilən şirin yalandır. İndi izah edim niyə.
İstənilən məhsulda istehsal xətası ola bilər. Doğrudur ki istehsalçılar bu xətanı minimum səviyyəyə salmaq üçün lazım olan tədbirləri görürlər, amma yenə də xəta payı hər zaman var. Zavoddan ağzı blomlu gələn məhsulunda istənilən istehsal xətası payı vardır. Heç bir usta mühərrikə istifadə etdiyi məhsulu müştəridən öncə bir bir açıb labaratoriyadan keçirib sonra motora tökmür. Bunu etmək zatən praktiki cəhətdən mümkün də deyil. Ona görə də usta əlini konisterin üstünə qoyub 100% zəmanət verirəm ki əla yağdır və problemi olmayacaq deyirsə bu yanlışılıqdır. Adama deyərlərki hardan bilirsən ? Bəlkə istehsal xətası var bu məhsulda.
Usta yalnız istehsalçıya güvənə bilər. İdxalçının təmiz mal gətirdiyinə güvənə bilər. Zəmanət sözünüdə belə verə bilər ki, qardaş bu yağ yaxşı yağdır hələ ki problem çıxarmayıb. Amma problemli olsa biz məhsulumuzun arxasındayıq. Əsl zəmanət budur. Amma problemi olsa sözü çox önəmlidir və problem çıxdıqda məshulun arxasında həm idaxlçı tərəfindən həm də usta tərəfindən dayanmaq mütləq şəkildə vacıbdır. Təbii ki problem məhsulla bağlı olarsa.
Day yoxsa ki yağ dəyişəndən sora elə adamlar var ki təkərindən səs gələndə deyir ki axrıncı dəfə maşında yağı dəyişmişəm nə oldusa bu təkərə yağı dəyişəndən sonra oldu zad))))
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.