Logo

VARLISI DA, KASIBI DA AĞLAŞMADI

VARLISI DA, KASIBI DA AĞLAŞMADI

VARLISI DA, KASIBI DA AĞLAŞMADI
Deməli keçən il İspaniyanın Madrid şəhərində Repsol zavoduna səfərimiz zamanı bir balaca vaxt elədim ki, orda bizim sahənin necə işlədiyini və inkişaf elədiyini öyrənəm. Dedim birdən nəsə yaxşı şey qarşıma çıxsa onu Azərbaycanda tətbiq edək. Qoy bizim xalq da Avropa standartları çərçivəsində xidmət alsın. Öncə onu qeyd edim ki siz Avropa küçələrində bizdəki kimi yekə yekə bahalı maşınları görmərsiniz. Hər kəs onun ehtiyacını ödəyə biləcək maşın sürür. Qonşu Mamed dayının oğlu bundan sürür mən də gedim alım deyə bir məntiq yoxdur. 
Nə isə mövzudan çox yayınmayaq. Qayıdaq servizə. Deməli Madriddə servizdə qiymətlərlə maraqlanıram inın səmimiyyətimə sadəcə yağ dəyişmə xidməti 50€ . Özüdə maşınlar nə ola Seat, Skoda, Renault və s. Hamsı ekanom sinif. Oturub ustanın  necə xidmət etdiynə baxırsan ki heçzad. Kişi yağ dəyişirdə. Standart bir iş yəni. Yağ filteri ,hava filteri , salon filteri və yağ dəyişir deyir xoş getdin. Day bizim kimi maşının başına pərvanə kimi dolanıb zad eləmir.
Deyəcəksiz ki onlarda yaşam standartları və məvaciblər çox yüksəkdi deyə bu qiymətlər və s belə tənzimlənib. Bəli razıyam. Çox da yüksək olmasa da bizdən yüksəkdi. Məvacib də bizdən yüksəkdi o məvacibin vergisidə. Mənim məsələm bizdə məvacibi az olan sürücü ilə deyil. O adamlar ümumiyyətlə maşın sürməməlidir. Sadəcə niyə sürürlər bilmirəm. Bəzən aşağı büccəli insanlar elə düşünür ki maşın onlara xeyir verir. Normal riyazı hesablama aparsan görürsən ki, bu insanlar maşın sürməsə daha çox rifah halında yaşayarlar. Çünki köhnə maşın sürdükləri üçün tez tez təmirə xərclədikləri pul ailə büccəsinə ciddi şəkildə təsir edir. Kiçik məvacibin də əsas hissəsi ikinci ailə olan avtomobilə gedir.  Yenə də özləri bilən məsləhətdi işlərinə qarışmıram.Allah hamının ruzusunu versin qoy hammı yaxşı maşın sürsün yaxşı dolansın. 

Mənim dərdim bu yekə, təzə, fış fışlı və bahalı maşın sürənlərlədir. Range Rower sürən, Porche sürən, Bmw X5 sürən , Leuxs 5.7 sürən  və s bu kimi avtomobilləri sürənlərə müəllim salon filteri çirklənib dəyişilməlidir deyən kimi 90% sürüçüdən aldığın çavab belə olur. Qaqa əlim biraz aşağıdı təmizlə qoy yerinə gələn dəfə dəyişərik. 

Bax mən lap dəliyəm gicəm. Yaxşı siz deyin görək adama deməzlər niyə sürürsən bu maşını? Nə olar ki sürmə 50000 Auroluq maşın, sür Avropalı kimi 10000 Aurıluq maşın amma maşına düzgün xidmət et. 
Hələ dünən bir F10 BMW nin alışdırma şamı xarab idi. Təzəsin almadı. Bizim ustadan soruşurdu ki üstdən çıxma normal nəyin var gətir qoyaq üstünə işləsin.
Düzünü deyin belə sürücülərə bahalı  dəb dəbəli maşın haramdı yoxsa yox?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.