Logo

XƏBƏRİ YOXDUR Kİ İLK ÖZ ÖVLADINI ZƏHƏRLƏYİR

XƏBƏRİ YOXDUR Kİ İLK ÖZ ÖVLADINI ZƏHƏRLƏYİR

XƏBƏRİ YOXDUR Kİ İLK ÖZ ÖVLADINI ZƏHƏRLƏYİR

Hər gün şəhərdə işə gücə gedərkən arxasından paravoz kimi belə tüstü verən maşınlara hamınız rast gəlirsiniz. Lap şəkildəki kimi paravozlayanlarda olur biraz zəif olanda. Azı çoxu nə fərqi var ki, axrı zəhərdir də. Bunların çoxu yanma sistemində yaranan problemlər, çıxarılmış DPF filterlər və mühərrikin silindirində yağın yanma kamerasına keçməsindən dolayı paravozlayanlardır. 
Düzdür əlimdə o qədər güçlü media resursu olmadığı üçün gücüm bu səhifəmizdən müraciətə çatır. İndi bilirik da buna ölkəmizdə nəzarət mexanizimi qanunən var amma işləmir. Saxlayanda da 20 manat verib getmək düzətdirməkdən daha ucuz başa gəlir. Amma heç olmasa özümüz özümüzə hörmət edək, sağlamlığımızı qoruyaq və bir birmizin qayğısına qalaq.
Əziz sürücülər əgər avtomobilinizdə bu kimi problem varsa bunu çalışın qısa zamanda təmir elətdirin. Vallahi billahi hamını boş verine. Səhər evinizdə avtomobili işə salanda ilk zəhərlənən sizi işinizə yola salmağa gələn övladınız olur.

Ümumiyyətlə bu məsələdə ictimai qınaq olmalıdır. Məsələn kimsə fikirləşə bilər ki mənim nəyimə lazım qoy dövlət məşqul olsun da. Amma inanın ki dövlətin bu sahə üçün ayırdığı texniki baxış məntəqələrində oturub alverçilər alver edir. Elə bil kalxoz bazarıdı. Puluvu ver baxışdan keç. Ekalogiya postu da ekalogiyanın başını buraxın təzə tema tapıblar . Gəlib sağa yuxarı dönəndə 3-4 nəfər durub ancaq bahalı maşınları saxlayırlar əllərində də alko tester. Yalannan püflədirlər az promil çıxır. Sən də sübut üçün həkimə zada getmək istəsən biri oyannan yaxınlaşır ki bəs həkimə getməyə vaxtin yoxdursa bir 20 manatlıq ver mən yoluna qoyaram. Yaxşı polis - pis polis rolunu oynayırlar. Özüdə ancaq qiyməti olan maşın saxlayırlar ucuz maşınları saxlamırlar. Bilir də kim pul verər kim yox. O gün elə 20 Azn də mən vermişəm. Əslində içkili deyildim. 2  Gün qabaq içmişdim. Fikirləşdim ki ordan həkimı gedib bunlara sübut etməkdən ötrü həm 20 Azn lik benzinim gedəcək , həm də vaxtım. Qoy elə bu 20 ni verim mıxını çəksin məndən. Amma mən onları da qınamıram. Yazıq neyləsin günə 150 Azn tas verirlər. Verməsə çıxaracaq işdən. İşdən çıxanda da bilirkər ki kimsə hörmət qoymayacaq onlara. Bizim ölkə yeganə ölkədir ki vəzifəsindən çıxan adam itdən hörmətsiz olur. Retki adamlar görmüşəm ki vəzifəsində şərəflə işləyib insanlara kömək olub. Hə bax o adamlara hammı hörmət edir işdən çıxanda da. Ona görə də bacardıqları qədər vəzifədə qalmaq üçün hər çür hoqqanı verirlər. 

Bilirəm mövzu iki yerə bölündü. Amma inan ki ikinci hissədəkilər özünü narmal aparsa qanuni tələblərə riayət etsə , birinci hissədəkilər məcbur özünü düzəldər.  Yoxsa inanın ki qarğanın məsəlindəki kimi batıra batıra gedəcik.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.