XIRDA TOXUNUŞLARLA HƏLL OLAN BÖYÜK PROBLEM.
Avtomatik sürətlər qutusu idarə edən sürücülər mütləqdir ki sürətlər qutusunda vurma və ya təpikləmə kimi hallarla rastlaşırlar. Bu təpikləmələrin fərqli avtomobil modellərinə görə fərqli səbəbləri olur. Məsələn Ford Fusionda anadan gəlmə defekt səbəbindən olsa da, Chevrolet cruzda yağ səviyyəsi az olduqda bu hal baş verir. Çevrilib kia, hyundai maşınlarına baxsaq görərik ki bu təpikləmə pozulmuş adapdasiyanın nəticəsi də ola bilir. Məsələn Mercedes 5 pillə sürətlər qutusunda beyinin platası çartlayanda olur. Yenə də deyirəm fərqli avtomobillərdə fərqli səbəblər mütləqdir ki olur. Amma ümumi təpikləmənin bir çox avtomibillərdə səbəbi drossel klapandır (zaslonka). İndi durub sual verəcəksiniz ki vozduxun qulunca nə dəxlisi var?
Dəxlisi var dəyərli sürücülər. Mən əslində niyə dəxlisi olduğunu burda texniki cəhətdən izah etmək üçün çox geniş miqyasda texniki bir yazı yazmalıyam. O da uzun yazıya qarşı antipatiyası olan insanların xoşuna gəlməyəcək. Amma sizə sadəcə tövsiyyə edə bilərəm ki avtomat sürətlər qutusunda təpikləmələr olduqda ilk öncə iki şeyi yoxladın. Yağ səviyyəsinin yetərli olması və drossel klapanın təmiz və parametrləriin düzgün olması.
Bir çox sürücü bu problem yarananda ilk öncə gedim yağı dəyişim kəçər deyə ümüd edir. Amma bəlkədə də ay ərzində iyirmiyə yaxın fərqli avtombillərdə sahiblərinə qardaş get zaslonkanı yuduzdur deməklə məsələni həll etmişik. Hələ inanmayan bir çoxlarına elə yerində adi karb çleaner dezodrantla zaslonkanı yuyub adapdasiya verəndən sonra görüblər ki sürətlər qutusu lap zavoddan bu gün çıxmış kimi işləyib.
Yağ səviyyəsini də kontrol etmək yaddan çıxmasın.
Oxuduğunuz üçün təşəkkür edirik.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.