YAĞ DEYİL, MACARA AXTARANLAR ÜÇÜN.
Yenə başlığı və şəkili görənlər deyəcək ki yağ mərkəzi səhifəsi hara macara axtarmaq hara. Amma inanın ki ən çox insanlar macaranı elə yağlamalarda axtarır. İndi sizə izah edəcəm söhbət nədir.
Gün ərzində səhifənin mesaj bölməsinə ən azı yüz mesaj gəlir yağ seçimi və ya hansısa yağlarla yaşanan problemlərə görə. Elə sizin çoxunuzla da hər zaman mesajlarda və ya şərhlərdə müzakirələr və məsləhətləşmələr etmişik. Onu deyim səhifəyə mesaj yazanların çoxu, hardasa 70% i macara axtaranlardır.
Deməli adam sual verir. Salam qardaş məndə filan maşın var bəs ona məslən Total yağı istifadə edirem. Siz nə məsləhət görürsünüz?
Deyirəm qardaş yağla bağlı nə narahatlığın var və yaxut da nəsə sıxıntı yaradırmı bu yağ maşında? Deyir yox. Deyirəm bəs niyə macara axtarırsan? Deyir nəbilim elə dedim görüm dəyişib başqa yağ töksəm nə olar?
Baxın dostlar bəziləriniz bəlkə də daha yaxşı axtarışında olursunuz. Bəziləriniz bəlkə də eynilikdən bezən olursunuz mənim kimi. Bəziləriniz şirnikləşdirici reklamlara aldana da bilirsiniz. Amma inanın mənə bir şey uzun illər boyu normal gedirsə və sizə sıxıntı yaratmırsa qurdalamaq lazım deyil.
Yox əgər hansısa bir məhsul sizin avtomobildə nəsə az da olsa sıxıntı yaradarsa və yaxut da xoşa gəlməz keyfiyyət göstərərsə bu zaman artıq başqa məsələ. Yenə də tövsiyyə edirəm ki bu durumda günahı heç zama ilk olaraq məhsulda axtarmayasınız. Səbrlə, təmkinlə davranıb başı çıxan, özünə və sənətinə hörmət edən hər hansı bir usta ilə məsləhət edəsiniz. Yaxşı olar ki bir dəfə daha bir güvənli və keyfiyyətli marka ilə dəyişəsiz və təkrar həmən sıxıntının olub olmayacağını kantrol edəsiniz. Əgər sıxıntı keçdisə nə gözəl (99% keçmir). Yox əgər sıxıntı keçmirsə deməli artıq burda məhsulluq bir iş yoxdur. Nəsə təmirə ehtiyac duyulan hissələr var artıq.
Yoxsa ki heç bir problem filan yoxdu filankəs özünü dağdan atdı məndə gedim atım demək mənim şəxsi düşüncəmə görə mənasızdır. Hələ bir əziz qardaş var hər dəfə fərqli firmanın yağını istifadə edir. Deyirəm sən neynirsən? Deyir yağları yoxlayıram matorda))). Deyirəm ay zalım mator labaratoriya zaddı? Bizdə 10 firmanın yağı var hərəsini 7000 dən sürsən 70000 km elə sənin yoxlamana gedəcək))).
İndi bir nüans da var daa. Yazırıqsa gərək digər nüanslarıda qeyd edək ki, insanlar duruma görə davrana bilsin .
Siz bir yağ istifadə edirsiz hələ ki problem yoxdur. Çünki yağ bir dəfə istifadə ilə problem yaratmır axı. Amma maraqlanırsız ki görək yaxşıdır ya pisdir. Olurda belə hallar. İndi maşşalah pul qalsın deyə hərə ağzına nə gəldi tərifləyib satır Türk yağı, Dubay yağı və ya Zimbabve yağı zad. Siz də maraqlanırsız ki görəsən bu yağ necədi və ya bundan yaxşısına keçsəm nə olar. Bu durumda da yenə də şərəfli, dürüst usta olsa və sizin büdcənizdə buna uyğun olarsa sizə daha üstün bir məhsulu seçib verəcəkdir. Yox lomun əlinə düşsəz elə Zimbabve yağını boşaldıb yerinə başqa bir Zimbabve yağı tökəcək. Burdan da o nəticəyə gəlmək olur ki, əgər motorunuzdakı qıvşaq yağdırsa və maraq üçün gedib başqa qıvşaq yağ tökəcəksinizə heç buna görə də macara axtarmağa dəyməz.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.