Logo

YAĞ MARKALARININ SATILMA SƏBƏBİ.

YAĞ MARKALARININ SATILMA SƏBƏBİ.

YAĞ MARKALARININ SATILMA SƏBƏBİ. 

Hazırkı məlumata görə ölkəmizdə 500-600 cıvarında mühərrik yağı markası vardır. Keyfiyyətindən aslı olmayaraq deyərdim ki az-çox hamısı da satış edirlər. Satış etməsələr alan olmasa gətirməzdilər. Çamahat dəli deyil ki satılmayan malı vurb anbarda saxlaya. Bu gün bazarımızda satılan yağların satılma səbəbindən danışacıq.  
Satış etmək üçün hər bir məhsulun Rus demiş bir fişkası olur. Yəni digər məhsullara baxanda fərqli bir özəlliyi ki bu özəlliyə görə reklam olunur, insanlar tərəfindən seçilir və satış olunur. Mən də bekarçılıqdan istədim ki, ölkəmizdəki bəzi yağların fişkasını yazam. 

TOTAL, MOBİL,SHELL, REPSOL, CASTROL,kimi yağlar dünyada gedən yağ satışının əsas pay sahibidirlər. Demək olar ki bütün məhsulları rəsmi dopusklu olan bu dünya divləri, həm də dünya avtomobil sənayesinə ən çox ilk dolum yağı verən şirkətlərdir. Dünyada pərakəndə yağ satışında da ən çox alınan və seçilən məhsullar da bunlardır. Bizim ölkədən fərqli olaraq. 

Liqui Moly  çox keyfiyyətli məhsul istehsalı ilə yanaşı həm də çox bahalı marketing xərclərinə görə insanların seçimləri arasına girməyi bacarmışdır. Amma bu marketing və reklama xərclənən pullar da təbii ki, satılan konisterin qiymətində özünü çox yaxşı şəkildə göstərir.  Həm də liqui moly yağa qədimdə Moliben sulfit qatmaqla (indiki avtomobillər üçün gərəkli deyil hətda ziyandır) özünü tanıtmışdır. Qısa izah etsək normal keyfiyyəti var, babat adı sanı da var və satılır. 

Motul əsasən istehsal liniyasında esterlərdən istifadə etməsi ilə özünü göstərib həm də beynəlxalq yarışlarda iştirak etməklə insanlara özünü tanıdıb. Bizdəki rəsmi nümayəndəliyi iş bacarmaz olmasına baxmayaraq Motul sürücülərin sevimli yağı kimi seçilir. 

Valvoline bizim bazarda həlı tam oturuşmamış olsa da, Amerika bazarının əsas pay sahiblərindəndir. Həm də Valvoline yağın atası sayılır. Dünyanın ilk yağını Valvoline istehsal etmişdir və dünyada satmaq üçün bu adından çox gözəl istifadə edir. Təbii ki keyfiyyət də üst həddədir. 

Ravenol əsasən Rusiya bazarı üçün Rus biznesmen tərəfindən Almaniyada yaradılan gənc bir şirkətdir. Ravenol da qabaqlar demək olar ki istehsal xəttində yalnız 4 cu qurup baza yağı istifadə edərək (indi çox az sayda məhsulda istifadə edir) , konisterlərlərdə saxtalaşdırmaya qarşı güçlü önləmlər alaraq insanların seçimləri arasına girmişdir. Həm də Ravenol mühərriklıri daha təmiz saxlayan Clean Synto texnalogiyası istifadə etdiyi üçün bunu da özəlliyi kimi ortaya qoyur. 

Amsoil deyir ki mən dünyanın ilk sintetik yağıyam və bunu əsas fişka kimi istifadə edir.  Düzdü mən bu məlumatın tarixini araşdırmamışam, amma Azərbaycanda ilk Amerika yağı olduğu üçün və bizim yollarda amerikanka maşınlar sürən sürücülərin çoxluq təşkil etdiyinə görə , onların  seçimi arasına girə bilmişdir. Keyfiyyət də ki öz yerində. 

Rowe deyir ki mən Avropanın ən müasir zavoduyam. Amma həqiqət var ki elədir. Yeganə zavoddur ki hər məhsul ayrıca bir loru dildə desək qazanda bişir və hər məhsul öz xətti ilə doluma gedir. Bu yağı xətdə vurub, sonra xətt təmizləyib dalıyca başqa yağ vurmurlar. Bu özəllik bildiyim qədəri ilə Rowedədir. Açığın desəm özümün də maşınıma Rowe seçməyimin əsas səbəbi zavodun çox innovativ olmasıdır. Keyfiyyət də sorqulana bilməz.

 Petro Canada deyir ki mən 99% baza yağını təmizləyirəm və ona görə də məni keyfiyyətli yağ olaraq seçə bilərsən. Düzdü dünya bazarında hazır yağ satışında elə də önəmli yeri tutmasa da ( amma geniş miqyasda baza yağı satır) , bizim bazarda firmanın fərasəti sayəsində seçilən məhsullar arasına girməyi bacarmışdır. Əsas odur ki keyfiyyət var.

Meguin bu gün Azərbaycan bazarında satışına görə rəsmən kino verən məhsuldur. Meguin Almaniyamın ilk mühərrik yağı olmasına baxmayaraq bu fişkadan istifadə etmir. Ümumiyyətlə Meguin nə qlobalda, nə də ölkəmizdə reklam etmir.  İçindəki yağın Liqui Moly ilə eyni olması və bunu bilən ağıllı adamların Liqui Moly ni Meguin qabında daha ucuza alması sayəsində ən yüksək seçilən məhsuldur. Müguinə reklam lazım deyil. Onun reklamını Liqui Moly edir zatən). 

Bardahlın fişkası bəzi qatqılarına və bəzi yağlarına qatılan Fuluren maddəsinin Nobel mükafatı almasıdır. Təbii ki bütün istehsal liniyasında bu maddə istifadə olunmasa da , amma həm qlobalda həm də ölkəmizdə Nobel fişkasından geniş şəkildə istifadə olunaraq tanıdılır. C60 yağlarını məndə bəyənirəm özüm test etmişəm dəhşət bir şeydi. Amma standart yağları texniki parametrlərinə görə biraz zəifdir bazardakı yağlardan. Qatqıları da həqiqətən çox yaxşıdır. 

Technol dan yazmasam olmazdı. Əslində Technolun bizim bazarda deyəcək bir sözü var amma deyə bilmir. Technol bizim milli brendimizdir və  heç də Alman Belçika yağlarından geri qalmayan yağ istehsal edir. Mən hətda gedib o gic gicə təkrar emaldan alınma, İranın T42 baza yağından düzəlmə Türk ,Dubay ,hətda Almaniyada sexlərdə dolan dırnaq arası Alman  yağları alan adamlara bəzən deməyə söz tapa bilmirəm. Bir mənalı şəkildə Technol yaxşı yağ istehsal edir və o gic yağları almaqdansa Technol almaq daha məsləhətlidir. 

Dəyərli dostlar bacardığım qədər ağlıma gələn tanıdığınız yağların başqalarına baxanda fərqli özəlliklərini yazdım. Yazını çox da uzatmamaq üçün bu yerdə sözü sizə verirəm. Həm də ha fikirləşdim digər yağları şəninə nəsə bir şey deməyə söz tapa bilmıdim. Əgər hansısa bir məhsulun  digər başqa məhsullara baxanda fərqli özəlliyini bilirsinizsə şərhlərdə qeyd edə bilərsiniz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.