YAĞ ÖMRÜ İNDİKATORU NECƏ İŞLƏYİR?
Müasir avtomobillərin bir çoxunda və əsasən də Amerikadan gələn avtomobillərin demək olar ki hamısında olan OİL LİFE yəni yağ ömrü indikatorundan və onun iş prinsipindən danışacağıq.
Avropa Yaponiya istehsalçıları avtomobildə buna bir o qədər də önəm verməsə də, Amerika üçün avtomobil istehsal edən demək olar ki bütün şirkətlərin qarşısında qoyulmuş bir sərt tələb kimi də baxmaq olar. İsbat edə bilmərəm, amma ağlıma gələn ilk fikir o olub ki yəqin Amerikalılar əhlikef olduğu üçün bu finksiyanı avtomobildə tələb edirlər. Sizin bu barədə dəqiq məlumatınız varsa şərhlərdə fikirlərinizi təbii ki yazsanız sevinərik.
Bəs bu indikator yağ keyfiyyətini necə hesablayır?
İlk öncə qeyd edim ki heç bir motorun içinə hər hansı bir labaratoriya yerləşdirməyiblər))))).
İkinci məsələ odurki elə düşünməyin ki motorda hansısa bir sensor var orda dilini yağa batırıb onun keyfiyyətini ölçür .
Bu alqoritim yalnız və yalnız moto saat üzərində qurulmuş hesabata görə sizə məlumat verir.
Məsələn lap belə loru dildə izah verim.
Avtomobilin beyninə limit qoyulur ki hər motoroun 300 saat işləmsəinə görə faiz çıxar. Məsələn 300 saat işləsə bu düşsün 0 % ə . 150 saat işləsə düşsün 50 % ə və ya 30 saat işləsə düşsün 90 % ə.
Siz avtomobildə eyni yağı dəyişib şəhər içi sürsəniz bu indikator ola bilsin sizdə 7000-10000 km aralığında 0% ə düşə.
Amma eyni yağı istifadə edib tras sürsəniz bu indikatorun 0% ə düşməsi 20000 km-ə qədər gedib çıxa bilər.
Yəni deməyim odur ki hər şey sizin sürüş tərziniz və moto/saat dan aslıdır.
Bu faziə görə hansısa yağa yaxşıdır və ya pisdir demək doğu yanaşma deyil. Girdirmə yağ töküb tras sürsən gec düşər faiz. Ən yaxşı yağ töküb şəhər içi sürsən tez düşər faiz.
Əslində sürüçülər düzgün işlədə bilsə yağ dəyişmə intervalını bu indikatora görə etməyi daha məqsədə uyğun və doğru hesab edirəm. Çünki ən doğru moto saata görə o hesablayır. Ustaların yağ dəyişmə mərkəzlərində yazdığı 7000 km filan intervallar hamısı şərtidir. Ustalarıda qınamayaq da əzizlərim. Axı bu indikatorun necə işlədiyini bilən nə qədər sürücü var ki?
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.