YAĞ PROQRAMI ILƏ YAĞ SEÇİMİ ETMƏK NƏ QƏDƏR DOĞRUDUR?
Bir cox hallarda forumlarda izləyiciəilərin şərhlərini görürük ki filankəs texpasprtla baxıb yağ seçir bəhmankəs yağı komputerlə seçir kimi cümlələr yazılır. Gəlin görək bu secim necə olur və bunun doğruları ilə yanlışları nədir.
Bir çox normal yağ istehsalçıları avtomobilə uyğun yağ seçmək üçün bu kimi hazır şablon proqramlar yaratmışdır. Əslində anlayışı olmayan biri üçün mükəmməldir. Sizin üçün buraya bir neçe istehsalçının linkini belə yaza bilərəm.
LİQUİ MOLY https://liquimoly.ru/podbor-masla/
RAVENOL https://podbor.ravenol.su/
MEGUİN https://webcms.meguin.de/de/de/service/oelwegweiser.html#oww:/api/v1/oww/200/DEU/DEU/1/
AMSOİL https://www.amsoil.com/lookup/auto-and-light-truck/
Bəli bu kimi proqramlar demək olarki çox isethalçıda vardır. Əslində proqramlar demək olar ki 95% qüsursuz yağ seçimi edir. Mühərrik yağını çıxmaq şərti ilə bütün mayyeləri bu proqramlar vasitəsi ilə tam rahat seçə bilərsiniz. Həm mayye həcmlərini, dopusk və hansı standartlı məhsul istifadə edəcəyinizi.
Ama mühərrik yağı seçərkən hər şey bu proqramla üst üstə gəlməyə bilər. İndi sizə izah edim.
Siz yeni avtomobil almısınız və istəyirsiniz ki ona yaxşı və uyğun mühərrik yağı seçəsiniz. Güvənli və savadlı bir ustanız yoxdursa bu kimi proqramlara müraciət edirsiniz. Əgər avtomobil tam yeni avtomobildirsə bu sizə çox komək olacaq və doğru yağı seçmiş olacaqsınız. Əgər avtomobilin ili köhnədirsə,yürüşü çoxdursa, mühərrik daxili naqar çoxdursa, bundan öncəki sahibi və onun ustası nə istifadə edib onu bilmirsinizsə bu proqramla yağ seçmək hətda mühərrikin sonunu belə gətirər.
Məsələn almısız bir Kia avtomobili tutalım 2013 model . 2013 də Azərbaycanda rəsmi servizlər demək olarki bu qarantiyada olan avtomobillərə 10w40 ən yaxşı halda 5w40 özüllüklu yağ istifadə edirdilər. Artıq siz bu avtomobili bu gün ikinci əl kimi alıb mən qanuni proqramla 5w30 tökəcəm desəniz, mühərrik daha səsli işləyəcək ən yaxşı halda yağ azaldacaq. Səsli işləyən mühərrik aşınmaya gedir deməkdir. Aşınma ısə mühərrikin sonudur.
Bundan əlavə bir çox proqramlar VAG group avtomobillər ücün əsasən C3 standartlı yağ tövsiyyə edir. Təbiyi ki avropalıar bu tövsiyyəni edərkən öz yanacaqlarına nəzərən edir və hər şeyi öz arşınları ilə ölcürlər. Onların bizim Aİ 92 dən xəbəri yoxdur . Onlara siz inandıra bilmərsiniz ki biz Belarus traktoruna istifadə etdiyimiz dizeli 2019 Range Rowerə tökürük.
İndi bu həmən C3 standartlı yağı proqramla seçib istifadə et bizim 92 ilə . Sora gör yağ necə yanır mazut olur. Ona gorə də bizim ölkəmizdə başı cıxan savadlı ustalar bu maşınlara A3 standartlı yağ verir.
Əslində bir cox arqumentlər gətirərək sizə nümunələr göstərə bilərəm. Ama yazım cox uzun olub sizi incidə bilər. Sadəcə bu yazımızda sizə demək istədik ki proqramlardan istifadə etmək gözəldir. Ama sırf mühərrik yağı secərkən başqa amilləri nəzərə alın. Yoxsa proqram sizə küllü miqdarda maddi ziyan vurar.
Dəyərli izləyicilər əgər sizi maraqlandıran bilmədiyiniz mövzular varsa şərh bölməsində qeyd edin. Biz gələn yazılarımızda o movzuya toxunaq.
Oxuduğunuz üçün təşəkkür edirik.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.