Logo

YAĞ SATMAQLA İŞ QURTARMIR. ƏSAS MƏSƏLƏ AVTOMOBİLİ QORUMAQDIR...

YAĞ SATMAQLA İŞ QURTARMIR. ƏSAS MƏSƏLƏ AVTOMOBİLİ QORUMAQDIR...

YAĞ SATMAQLA İŞ QURTARMIR. ƏSAS MƏSƏLƏ AVTOMOBİLİ QORUMAQDIR... 

Biz sadəcə yağ satmırıq, eyni zamanda avtomobilin vəziyyətini də dəyərləndiririk. 
Əksər sürücü aldadılır və ona deyirlər ki, bəs sənə ən yaxşı yağı veririk. Halbuki yalandır.Müştəri bunu bir neçə dəfədən sonra mühərrikdə səs artması ilə hiss edir. Bu artıq gecdir. 
Bizə müraciət edən hər bir müştəriyə suallar veririk, mühərrikin vəziyyətini dəqiqləşdirmək istəyirik. Demək olar ki gündə bir neçə nəfərə yağ verməyə imtina edirik. Bəlkə də bunu oxuyanlardan kiməsə artıq etmişik bunu. Buna görə sizdən üzr istəyirik. 
Bəs gəlin görək ən yaxşı yağ nədir?
Hər bir mühərriyin ömrü var, yağ və qatqılar onu qorumaq üçündür. Bəzən insanlar  düşündüyü ən yaxşı yağ kriteriyası bunlardır. 
Bahalı yağdırsa yaxşıdır. 
Güvənli tanınmış firma yağdırsa yaxşıdır.
Avtomobilin yağ qapağında yağın adı yazılıbsa yaxşıdır. 
Filankəs bunnan neçə ildir işlədir problemi də olmayıb deməli yaxşıdır.
Hər yerdə reklamı gedir deməli yaxşıdır və s bu kimi nüanslar sizdə yaxşı yağ imicini formalaşdırır.

Amma əslinə qalanda isə burda həm doğru yanaşma ola bilər, həm də yanlış.
Əgər sizin mühərrik yenidirsə, istənilən halda istehsalçı tövsiyyəsinə uyğun yaxşı güvənli bir markanın məhsulu ilə uzun illər bu mühərriki özünüzə xidmət elətdirə bilərsiniz.
Yox əgər sizin mühərrik müəyyən mənada resursdan düşmüş uzun illər işlənmiş mühərrikdirsə bu zaman sizə yağ seçimində profesional kansultasiya lazımdır. Yuxarıda yazdığım filankəs işlədən yağ, qapaqda yazılan yağ, rəsmi dopusku olan yağ, ay nəbilim bahalı yağ sizin mühərriki sağlam saxlamaya bilər.
Biz ona görə bəzən siz şərh bolməsində USTA FİLAN MAŞINA NƏ YAĞI MƏSLƏHƏT GÖRÜRSÜNÜZ sualı yazanda , avtomobilə baxış keçirmədən yağ seçmirik cavabını yazırıq. Çünki sizdən avtomobilin ilini soruşan kimi biz artıq o mühərriki görmədən resurs dəyərləndirməsi apara bilmirik. 10 ilin mühərriki olarki saz olar. 10 ilin eyni mühərriki olar ki bitmiş durumda ola bilər.Təbiiki bu mühərriklərə hər birinə yağ seçərkən indivudal yanaşmaq lazımdır. Əsl profesionallıq budur.
Oxuduğunuz üçün təşəkkür edirəm. İstənilən sualənızı şərh bölümündə yaza bilərsiniz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.