Logo

YAĞ ZAVODLARINDA SİFARİŞLƏ KEYFİYYƏTƏ BARMAQ ELƏMƏK OLURMU?

YAĞ ZAVODLARINDA SİFARİŞLƏ KEYFİYYƏTƏ BARMAQ ELƏMƏK OLURMU?

YAĞ ZAVODLARINDA SİFARİŞLƏ KEYFİYYƏTƏ BARMAQ ELƏMƏK OLURMU? 

Ölkədə orjinal yağ yoxdur deyən qövm iki  hissəyə bölunur. 
1. Hamısı Sumqayıtdı deyənlər.
2. Bəli xaricdən gəlir amma bizimkilər sifarişlə içini dəyişdirib deyənlər.

Bu gün sizə hər hansı bir yağ istehsal zavodunda sifarişlə resept dəyişməsindən danışacam. Bu tip düşünənlərin harda haqlı və harda nahaq olduqlarına səmimi izah verməyə çalışacam.

Ümumiyyətlə mühərrik yağı istehsal edən zavodlar 3 qurupa bölünür.

1.Qlobal neft şirkətləri markaları (Total, Şhell, Castrol, Mobil, Shevron, Repsol və.s).

2.Qlobal neft markası olmayıb amma  dünya bazarında keyfiyyəti ilə özünü sübut etmişlər. ( Eurolub, Motul , Meguin& Liqui Moly, Rowe, Ravenol, Fuchs, Bizol, Motul və s bu kimi yağlar).

3. Əsasən sifariş əsasında kim nə istəyir onu hazırlayıb verən zavodlar. Bu biraz qan söhbəti deyə o zavodların adını çəkməyəcəm. Amma ip ucu olaraq deyə bilərəm ki bu zavodlar əsasən Dubay , Türkiyə , Rusiya , Baltik yanı ölkəkər və s yerlərdədir. Hətda inanın ki Almaniyada belə zavodlar vardır. Özüdə yetərincə sayda.

İndi gəlin görək bu yağa barmaq edirlər düşünənlər harda haqqlıdır harda nahaqdır.
Məsələn 1 ci qurup qlobal ənkələrə gedib deyə bilmərsənki filan yağın tərkibini dəyiş. Gedib demək oyana qalsıne gedə bilmərsən. Nə yalan deyim bu gün qlobal neft şirkətləri  bizim Azərbaycan bazarını saymırlar. 
Bu gün ölkəmizdə dexos1 gen3 5w30 Shell Mobil ve s bunların olmaması, önəmsəməməyin bariz nümunəsidir. Yəni bizimkilər gedib o malı Avropadan Amerikadan ala bilmireeee qalmışdı ki gedib orda nəsə dəyişdirsən. Qlobaldan mal istəyəndə deyirlər Türkiyə,  Belcika və s zavodlarımızda o rgeiona uyğun hansı seriyalar istehsal olunursa, onnan da  götürün. Yəni onlara biraz yaxınlaşmaq çətindi nəinki söz demək. Adamı qapıdan qovarlar.

İkinci qurup zavodlarda isə məsələ fərqlidir. Siz orda istədiyiniz bir yağı buraxdıra bilərsiniz. Bəli bəli doğru oxudunuz. Bu zavodlarda sifarişlə istədiyiniz məhsulu buraxdıra bilərsiniz.
Tutalımki siz keyfiyyəti azaltdırmaq istəsəz onu edər və onun da yolları var. Sənin üçün 100 ton istədiyin keyfiyyətdə amma marka o olmayacaq. Məsələn bunu Ravenol çox gözəl də edir. Meguin Liqui Moly zavodu da əvvəl edirdi. İndi bilmirəm edir yoxsa yox. Belə izah edim də sizə daha rahat anlayasız. Gedib Ravenola desən ki mənə biraz aşağı bir şey düzəlt. Oda deyəcək buyur düzəldirəm amma adı Ravenol yox məsələn Hətəm olacaq. Alman nəhəngi Fuchsda da eyni olaydı. Getsəniz sizə yağı düzəldəcək, adı Fuchs olmayacaq Məmməd olacaq. Hətəmlərin Məmmədlərin hamsını bilirəmee, sadəcə yeri yoxdu sandıq açıb pambıq dağıtmağın. Elə şeylər var ki sosyallaşdırmaq olmur. Amma belə üz üzə kim soruşsa istənilən məlumatı vermək olur. Allah hamının ruzusunu versin.

Qadasın alım üçüncü qurup zavodların. Loru dildə desək zibildən kanfet düzəldənlərdi. Getdiyim ziyarətə and olsun ki gedib desən filan qatqıdan 5 qram kəs biraz ucuz olsun, zalımlar 5 sənə görə kəsəcək 2 də özü üçün kəsəcək.Yəni bu tip zavodlarda istədiyin hoqqanı durğuza bilərsən. Onlara desən ki 5 litrlik qaba 4.8 litr vur özümölüm bəlkə onuda edərlər. Bədbəxçilik bilirsiz nədir? Ölkə bazarımızda bu üçünçü qurup zavodların malı itivə tökdü və çox yüksək alıcılıqla alınır. Deməli bizimkilərdən biri var.Özü bir yağ markası adı icad edib. Qabaqlar birinci Latviyada doldutdurdu. Sonra gördü yox sərf eləmir. Gəldi Ukraynada hansısa zavoda konisteri verdiki buna yağ doldur. Bu müharibə başlayannan sorada konisterini götürüb gedib Türkiyəyə. İndidə orda vurdurur( türkün məsəli). Biri də var əvvəl Ukraynada dolurdu sonra konisterini götürdü getdi Almaniyada hansısa bir kiçik sex var orda doldutdurur. Day ora keçənnən sora yağın üstündə yekə yekə Germany də yazıb))).  Guya yağ Germaniyadan gəldisə yaxşı yağdırda))). Bizimkilər əslində hər Alman malını keyfiyyətdi bildiyi üçün işbaz da onu elə aldadır. Yəni bir növü alıcıda da günah var. Özü tələb edir ki mən alman bayrağı xoşlayıram hər zibilin üstünə vur o bayrağı mən inanıb alacam.

Həəəə indi keçək ümumi yazımızdan çıxan nəticəyə. 
Deməli yağa barmaq eləmək olur amma baxır harda. Biz əskərlikdə olanda birdə görürdün kimsə quşdayır dı ki  filan rayondan yaxşı oğlan çıxmayıb. Yetimi basıb döyürdülər ki, ay axmaq adam obşuya danışıb quşdamadaa. İndi gərək insanlar da Azərbaycana tərkibi azaldılmış yağ gəlir deyəndə gərək obşuya danışmaya. 
Bəli qardaşlar belə yağlar gəlir. Və belə yağlar inanın ki  bazarımızda satış rəqəmlərində  bəzən hoqqa verir. Hətda 100-200 manata əlində yağ rəqs edən ustalar,  blogerlər, nəbilim reklamçılar da yəni  o yağlar haqqında danışan da minlərlə baxış və şərhlər olur, istəyənlər olur. Amma qardaş yana danışsaq, haqqına danışsaq, nəbilim kişi kimi danışsaq gərək bu şeyi hammıya aid etməyək də.

Oxuduğunuz üçün təşəkkür edirəm.Uzun olsada üzürlü sayın, çalışdım bu barədə ətraflı məlumat verim. Bağışlayın vaxtınızı aldım. Haqqınızı halal edin.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.