YAĞA TORBA TİKƏN KLAPAN.
PCV ( Karter qazlarının ventilyasiya klapanı).
Əslində bu gün nəsə yazmağı düşünməsəmdə gecə bir qardaşın avtomobil barəsində mənlə yazışıb məsləhət etməsi bü gün sizə yazaçağım mövzunu yaratdı.
Deməli bir qardaş uzun zamandır avtomobilinə çox yaxşı bir yağ markası istifadə edirmiş( hardan aldığı önəmli deyil, yaxşı yağ hər yerdə yaxşı yağdır). Gün olur ki mühərrik başlayır karterə qısa zamanda naqar yığmağa. Qardaşda təbii ki avtomobili aparır mühərrik ustasına açıb baxırlarki bahooo karterdə naqarlaşma gedir.
Vay o günə o maşına tökülən yağ ustanın satmadığı və ya həmən motoristə görüm baxım eləmiyən firma ola. Qaqam alır telli sazı sinəsinə yağı soxur itin düüüüt çıxarmır.
İndin bu işlə profesional məşqul olanlar bilir ki normal marka yağla ,hətda orta seqment yağla belə motor qısa zamanda naqar yığmaz. Burda yeganə bu işi törədəcək amil karter qazlarının ventilyasiya klapanıdır. Klapan işləmədiyi üçün istənilən ən yüksək keyfiyyətli yağ belə mühərrikdə qısa zamanda naqar yarada bilir.
Ümumiyyətlə bu klapanın iş prinsipi barəsində növbəti yazılarımda sizə məlumat verəcəm. Ama maraqlısı odur ki həmən mühərrik ustası klapanı dəyişmədən karteri yuyub öz tərifli yağını tökübhaaaaa, lələmin goru haqqı o yağlada naqar verəndən sonra bu səfər sürücü həmən yağı mühərrikçinin düüüt soxub çıxarmayacaq.
Allaha and olsun bəzən elə ustalardan elə hadisələr eşidəndə, adamın lap sürücülərə yazığı gəlir.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.