Logo

YAĞI DƏYİŞİRƏM AMMA KAROBKA DÜZƏLMİR, 3-4 CÜ ÖTÜRMƏDƏ NASAZLIQ VAR.

YAĞI DƏYİŞİRƏM AMMA KAROBKA DÜZƏLMİR, 3-4 CÜ ÖTÜRMƏDƏ NASAZLIQ VAR.

YAĞI DƏYİŞİRƏM AMMA KAROBKA DÜZƏLMİR, 3-4 CÜ ÖTÜRMƏDƏ NASAZLIQ VAR.

İlk növbədə hər birinizdən səhifəmizə abunə olmağı rica edirik. Əslində bu sizin üçün daha faydalıdır. Çünki ölkədə markaya bağlı, reklama bağlı olmayan yeganə səhifə bizik ki, daim insanların və sürücülərimizin doğru düzgün mariflənməsi və məslələrə doğru baxış bucağından baxmaları uğrunda çalışırıq.

SƏHİFƏDƏ İZLƏYİCİMIZ BİZƏ BELƏ BİR SUAL VERİR

“SALAM ALEYKUM . MƏNDƏ MERSEDES 1999. C200 . 2.2 CDİ AVTOMOBİLİMİN SÜRƏTLƏR QUTUSU AVTOMAT TİPTRONİKDİR SÜRƏTLƏR QUTUSU QIZANDAN SONRA 3-DƏN 4-Ə KEÇƏNDƏ AVTOMOBİL OBOROT VERİR VƏ GECİKİR. KAROPKANIN YAĞINI İKİ DƏFƏ DƏYİŞMİŞƏM EYNİ HAL OLUR. NƏ ETMƏK LAZIMDIR MƏNƏ MƏSLƏHƏT VERMƏYİNİZİ XAHİŞ EDİRƏM. TƏŞƏKKÜR EDİRƏM.”

Bu sual demək olar ki bir çox avtomobil modelləri üzrə çox tez tez bizə ünvanlanır. Ona görə də həm izləyicimizə, həm də buna bənzər problem yaşayanlara bir iki tövsiyyə vermək istəyirəm.
Dəyərli dostlar. Yağın məqsədi qorumaqdır oda əgər doğru yağ istifadə olunarsa. Yağ təmir edici bir mayye deyil ki hər hansı bir resursu itmiş detalı təmir edə.
Hər bir texnika kimi avtomobil də müəyyən bir zamandan sora təmirə ehtiyac duyur. Adətən bizdə karobka və ya mator dağılana kimi sürürlər və sonra bir səs yarananda gedib yağ axtarırlar ki bəlkə dununla düzələ. Bu belə deyil. Yağdan möcüzə gözləyib boş yerə pul xərcləməyin. Gedin o pula sürət qutusunu cari təmir elətdirin. Periodik təmir adətən 250000-300000 km ( Bu tez də ola bilər. Burda sizin istifadə qaydanız və qulluq önəmlidir) və ya 4-5 il aralıqla edilməlidir. Adətən təmir dəsti dəyişilir və ya fruksionlar, lentalar, kipkəclər və salenoidlərin vəziyyətinə baxılır. Əgər sizin avtomobil bu intervaldadırsa və bu problemi yaşayırsızsa inanın ki yağla düzəlməyəcək. Yalandan boş yerə gətirib o pulu bizə verməyin.

Özüdə belə hallar ən çox bilirsiz niyə olur?  Hər bir maşın sürənin ətrafında həmişə bir dənə buqələmun olur ki, o buqələmun sürücünün beynini yeyir "Qaqa nolub ki , qoz kimi işləyir karobkan. Nə vaxt vutmalar olsa dəuişərsən. Hələ əl dəymə."

Sualınız olarsa şərh bölməsinə yaza bilərsiz.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.