YAĞI DƏYİŞMƏKLƏ SÜRƏTLƏR QUTUSU DÜZƏLMİR.
Dünən sürətlər qutusu yağı dəyişməyə gələn 4 maşını geriyə sürətlər qutusu ustasına göndərdikdən sonra istədim bu yazımı yazım ki, insanlar belə şeylərə görə yol qət edib, əziyət cəkib gəlməsin. Normalda ustalar gətir dəyişək qaqa 95% düzələcək deyir. Əsas məsələ yağı satmaqdı və pulu almaqdı)))). Dəyişib kişinin pulunu alandan sora sürətlər qutusu düzəlməsə o geri qalan 5% zazor ustanın xilasgarıdır.
Bilirisiz də biz Azərbaycanlılar hər zaman ölüm ayağında həkimə gedirik. İnnən sora bizim aparıb qanımızı yuyub genimizi dəyışsələr belə xeyri yoxdur. Bu xasiyyət bizə nəyi var oturub.Elə mən özümdə eləyəme. Yəni özümü bomba oğlan zad hesab eləmirəm.
Sürücülərimiz sürətlər qutusu yağını o qədər ləngidir ki, axırda artıq ötürmələrdə normadan artıq gecikmə və agır təpmələr hiss edirlər.
Bu zaman ilk iş yağın səviyyəsini yoxlamaq lazımdı səviyyə yerindədirsə deməli artıq sürətlər qutusu bir balaca çezib. Daha ağır xərci var və sırf sürətlər qutusu ustasına getməlidir.
Kimsə sizə desə ki, ay adapdasiya ilə düzələcək boş söhbətdi
Kimsə sizə desəki yağı dəyiş düzələcək boş söhbətdi.
Yalnız yüngül təpmələr olarsa, yenə deyirəm yüngül təpmə olarsa bu problemi Wynn's Automatik Transmission Treatiment qatqısı ilə aradan qaldırmaq olar. Bunu dəfələrlə test edib gözəl nəticə almışıq.
Avtok1ub qatqıların usta məsləhəti ilə avtomobil tam müainə olunduqdan sonra istifadəsini tövsiyyə edir. Əks halda mənfi nəticə ala bilərsiniz.
Oxuduğunuz üçün təşəkkür edirik.
Hər zaman maraqlı məlumatlar almaq üçün Səhifəmizi bəyənməyi unutmayın.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.