Logo

YAĞIN SƏVİYYƏSİ HARDA OLMALIDIR?

YAĞIN SƏVİYYƏSİ HARDA OLMALIDIR?

YAĞIN SƏVİYYƏSİ HARDA OLMALIDIR?

Aşağıdakı şəkildə göstərilir ki yağın səviyyəsi maksimuma çatmamiş dayanmalı ve orta xətdən yuxarı olmalıdır.
Adətən Azərbaycanda bəzi ustalar və sürücülər orta xətdi götürürlər. Yəni orta xətdə kimi olsa problem olmur deyirlər. Bu da karterdən asılı olaraq hər maşında elə başdan 0.5-1 litr əksik deməkdir. Bu isə karterin 10-15 faizi əksiklik deməkdir. Nəzərinizə çatdırım ki yağ səviyyəsi motorun isti tempraturunda söndürdükdən 5-10 dəqiqə ərzində yoxlanılması lazımdır.

BELƏ OLANDA NƏ OLUR?

Adətən 1ci ən tez hiss edilən şey yağın azalması olur, bəzən yağın işığı da yana bilər. Səbəbi odur ki yağ elə başdan az töküldüyü üçün(söhbət yaxşı yağdan gedir)  3000-5000 km dən sonra əgər 500 qram azalarsa bununla karterdəki əksiklik 25 faizə qədər yüksələ bilər. 

2-ci ən pis şey odur ki ,yağ nə qədər azdırsa hətta ən super yağ töksəniz belə maşın o qədər də cox yeyilecək. Yəni əgər yağ 15 faiz azdırsa deməli maşının 15 faizlik hissəsinə yağ çatmayacaq , təbii olaraq bu hisseler "AC" qalacaq və "ARIQLAYACAQ"
Sonra maşında səs olur və zamanla artir səs . Nəticədə maşın tam aşınır. Belə halda usta və sürücü demir ki biz səhv elədik.Deyirlər ki yağ zəif idi ISPARENIYA elədi !!! 

Ümumiyyətlə əgər motorunuzda yağ azalması halları varsa yola çıxmazdan qabaq yağı çalışın yağ çubuğunun üst xəttinə kimi artırın. İşlətdiyiniz yağdan tapmasanız da özüllüyü və firması fərq etmədən istənilən yağı əlavə edin. Yəni motorunuzda 5w30 olsa, siz uzun yolda əlavə üçün 5w30 tapa bilməsəniz lap 10w40 da əlavə edə bilərsiniz. Unutmayın ki motor yağdan deyil, yağsızlıqdan dağılır.

Calışın ki, həyatda da, ele maşının yağında da ÖLCÜNÜ düz götüresiz.Yoxsa heyat da gedecek mator da

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.