Yağışlı havalarda yollarda vəziyyət ağırlaşır. Təcrübəsiz sürücülər avtomobillərinə ya dərin su çalalarında əziyyət verirlər, ya da qəzaya səbəb olurlar.
1. Ümumiyyətlə yağışlı havalarda görmə məsafəsinin azalması ilə əlaqədar olaraq sutkanın işıqlı vaxtında belə yaxın işıqları yanılı saxlayaraq avtomobili idarə etmək tövsiyyə olunur.
2. Yağışlı havalarda əycəl məsafəsi çoxaldığından avtomobilin sürətini icazə verilən həddən də aşağı salaraq idarə etmək, gedəcəyiniz ünvana 5-10 dəqiqə gec catmağınıza səbəb olacaq. Amma sağ-salamat çatmanıza səbəb olacaq.
Dərin su çalalarında ən çox edilən 3 həhv:
1. Dərin su çalasına daxil olmamışdan əvvəl əyləc pedalını buraxmaq;
2. Yüksək sürətlə dalğaları keçmək;
3. Dərin su çalasında olarkən təkərləri döndərmək.
Dərin su çalasından sonra sürətlənməyə tələsməyin. Bu avtomobilinizin mühərrikinə,sürətlər qutusuna ziyandır. Ən əsası imkan verin əyləc sistemi az da olsa sudan azad olub qurusun.
Unutmayaq ki, olan və olmayan səkilərdə piyadalar hərəkət edir. Elə edək ki, yağışdan islananlar, avtomobilimizdən sıçrayan sudan islanmasınlar.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.