Logo

YAĞLARI ŞİRİNÇAY ETMƏK OLARMI?

YAĞLARI ŞİRİNÇAY ETMƏK OLARMI?

YAĞLARI ŞİRİNÇAY ETMƏK OLARMI? 

Bir mecə gündür bu barədə izləyicilərdən çox sual almağım şərait yaratdı ki bu mövzu barəsində də yazaq. Yəqin yenə hansısa dəli quyuya daş atıb yüz ağıllı yığışıb çıxara bilmir. Keçək mövzumuza.
Yağları nə zaman qarışdırmaq olar?

1. Əgər ki siz yolda getdiyiniz yerdə mühərrikdə yağ azlığı işarəsi yanarsa, mütləq şəkildə yağ əlavə etməlisiz. Çalışın bu zaman əlavə etdiyiniz yağ standart və dopusk çəhətdən mühərrikdəki yağla eyni olsun.  Məsələn mühərrikdə Acea c3 standartlı yağdırsa yaxşı olar ki elə fəqli firma da olsa Acea c3 standartlı yağ əlavə edəsiz. Və ya İLSAC GF standartlı yağdırsa yaxşı olar ki eyni standartlı yağ əlavə edəsiz firmasından aslı olmayaraq. Firma önəmli deyil buna görə narahat olmağa dəyməz.  Bu eyni standartlı əlavə olunmanın üstünlüyü odur ki siz tutalım ki 7000 km də yağ dəyişməlisiz amma 5000 km də işıq yandı. Bu düzgün standartlı əlavə etmə ilə siz 7000 km ə kimi rahat sürə bilərsiz. Hətda daha çox.

2. Tutalım ki siz eyni standartlı yağ tapa bilmədiniz. Bu zaman yenə çalışın ki fərqli standartlı olsa da eyni özüllüklü yağ seçəsiniz. Məsələn mühərrikdə 5w30 dursa fərlqi standartlı 5w30 alıb əlavə edə bilərsiniz. Lap əliniz heçnəyə çatmasa nə olur olsun alın mühərrikə bir yağ tökün. 10w40 , 5w40 fərq etməz. Çünki mühərrikdə yağ az olmaqdansa standartı ayrı olsa da, şirincay olsa da yağın tam olmağı daha məqsədə uyğundur. Amma belə qeyri standartlı əlavə sizi ən yaxın yağ dəyişmə məntəqəsinə kimi yola vermək üçündür. Bu əlavə etmədən sonra yolunuzu tamamlayıb mənzil başına çatdıqdan sonra çalışın yağı tam dəyişin. 

3.Eyni standartlı fərqli firmalar olan 2 təzə yağı biri birinə qatıb yağ dəyişmə etmək olarmı? Bəli olar. Məsələn siz keçən dəfə Total Acea  c3 standartlı yağ alıbsız 3 litrini  işlədibsiz bə qabda tutalım ki 2 litr qalıb. İndi bu dəfə siz onu atmadan başqa bir firmanın, məsələn Meguin Acea c3 standartlı yağdan 1 litr alıb bir birnə qatışdırıb yağ dəyişmənizi edə bilərsiz. Bu büccənizə faydalı ola bilər amma burda da bir nuansa diqqət etsəz daha yaxşı olar. Çalışın qarışdırdığınız hər iki yağın baza hissəsi eyni olsun. Məsələn qalan yağ Hidrokreking sintetik yağdırsa qarışdırdığınızda Hidrokeking olsun. Ya qalan yağ Pao tərkiblidirsə aldığınız da Pao baza yağlı olsun. 

4. Fərqli özüllüklü fərqli standartlı yağları qarışdırıb ( hərəsi bir kişidən)  yağ dəyişmə etmək istəyənlərə isə yalnız bir söz demək olar. 
SİZ NƏ ÇƏKİRSİZ? BU NƏYİN KAYFIDI?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.