Logo

YALAN DANIŞMAYANDA YAĞ SATMAQ OLMUR?

YALAN DANIŞMAYANDA YAĞ SATMAQ OLMUR?

YALAN DANIŞMAYANDA YAĞ SATMAQ OLMUR?

Mark Tveynin gözəl bir sözü var. İNSANLARI ALDATMAQ, ONLARA ALDANDIQLARINA İNANDIRMAQDAN DAHA ASANDIR. 

Bu gün bir çox sahədə olduğu kimi bizim sahədə də satmaq üçün, pul üçün, dövriyyə üçün nə yalanı desən uydurulur. Ustaları cəhənnəm başa düşmək olur yenə də. Kasıb təbəqədi yalan danışmasa çörəyi çıxmır. Əsas məsələ də yağ idxal edən şirkətlərdir. Arada kefim kök olanda işdəki uşaqların profilləri ilə girib yağ firmalarını  səhifələrinə məhsulları ilə bağlı  qeyri peşəkar sual verirəm. Ay Allah adam elə cavab alırki əlim üzümdə qalır. 

Biri yazıbki bizim məhsul yeganə məhsuldur ki OEM dir (hansısa avtomobilə ilk dolum yağı). Ay qurban olum əlimi yağa bulayan gündən mən o məhsulu satıram day iliyinə kimi bilirəm. Hansı OEM dir axı? Nəyin OEM idir? Niyə yaxşı məhsulunu yalanla bəzəyib urvatsız edirsən axı?

Birinə yazmışamki filan qatqınızı alsam benzində oktan ədədi qaldırar? Mənə yazıb ki bəli ala bilərsiz tam olaraq benzin oktan ədədini qaldırır. 
Sonra usta kimi götürüb özüm firmaya zəng edirəm ki qardaş bəs sizin filan qatqı ölçürəm oktanı qaldırmır. Bunu niyə arxasına qaldırır yazıbsız? Deyir qaqa o qatdı qaldırmır oktanı. Birdən video zad cəkərsən biyabır olarıq zad.

Biri Dubaydan gələn malı 2 dəqiqədə mənə Alman yağı adı ilə elə sırıyırdı ki, az qala özüm də inanmışıdm. 

Əzizlərim onsuzda alınırda. Sağlığınıza qismət pisdə satmırsız. Bu ölkədə yaxşı malın da pis malın da müştərisi hər zaman var. Kimsə deyə bilməz ki pis mal satılmır. Qiymətini biraz aşağı qoyursan gedirdəəə su kimi. İndi bunun üçün bu yaxşı malın da pis malın da yanını yörəsini yalanla bəzəmək nəyə lazım?

Özüdə bizim bir xüsusiyyətimiz var da. Ancaq millət özümüz özümüzü aldadırırq. Bizdən olana kələk gəlməyə çalışırıq. Başqa milləti aldatmırıq. Ya da aldada bilmirik. Bəlkə də duxumuz çatmır.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.