Logo

YALANSA FRANSUZİSKİ İLAN VURSUN DİLİNDƏN

YALANSA FRANSUZİSKİ İLAN VURSUN DİLİNDƏN

YALANSA FRANSUZİSKİ İLAN VURSUN DİLİNDƏN.

Allah dəyərli sənətkar Suyavuş Aslana rəhmət eləsin. Hər dəfə girdirmə yağlar barəsində söhbət olanda və ya kimsə kiməsə Ukrayna yağını Alman yağı kimi zad reklam edəndə, yol əhvalatı filimində işlənən bu ifadə düşür yadıma. Yalansa Fransuziski ilan vurusn dilindən. Günümüzdə bu ifadə bir başa bizim mühərrik yağı sektoruna oturur da tam. Çünki ölkədə o qədər məhsul var ki, at izi it izinə əməllicə qarışıb. Bilinmir kim nəyi hardan gətirir. İnsanlar da sözün əsl mənasında bezir, təngə gəlir və bir çox hallarda görmüşəm ki inam hisslərini tamamilə itirir. Zaman zaman bütün sosyal şəbəkə resurslarında bu haqda fikir bildirənlər yazanlar olur. Mən çox məqalələrimin çox maarifləndirici videolarımın altında belə şərhlər görmüşəm ki QARDAŞ ALMANİYADAN YAĞ GƏLMİR. Hamısı burda dolur. 
Bəlkə də bu yazımı oxuyan həmvətənlərimiz arasında da bu cur düşünənlər vardır. Hələ bəlkə də bu yazımın altından da eyni şərhi yazanlar olacaq. Mən onları qınamıram. O şərhləri yazanlar hər biri yağla bağlı problemlə üzləşmiş insanlardır ki, bu problemlər onlarda bu cür fikirləşməyə imkan yaradır. 
Niyə bəs Avropa insanı bizimkilər kimi düşünmür?
Çavab çox sadədədi.  Heç bir dünya ölkəsində Azərbaycandakı qədər yağ brendi yoxdur. Bunu sizə tam məsuliyətimlə deyirəm.
Bu gün Azərbaycan yağ bazarında 500 ə qədər yağ brendi var. Hərə də bir yolnan yalan gercək deyir ki mənimkindən yoxdur. Amma siz avropada, dünyanın hər hansı bir yerində və ya elə bizim qardaş ölkəmiz Türkiyədə belə  yağ dəyişimi üçün serviz və ya mağazaya yaxınlaşsaz ən uzağı 4-5 brend görəcəksiz. Onlar da hamsı tanınan brend. Day bizdəki kimi 500 brend deyil. Bizdəki bu brendlərdə biri radioya pul verir sizə tanıdır. Biri nəbilim tik tokerə pul verir tanıdır. Biri avtoşa pul verir. Biri 200 manata əlinə yağ alıb qoçəli oyanayan usta ilə və ya başqa yollarla sizə tanıdır. Siz isə gedib alırsız. 
Bu gün ölkəmizə Türkiyədən, Hollandiyadan, Belçikadan, Dubaydan, Rusiyadan ,elə Almaniyanın özündən belə 1000 tonlarla keyfiyyətsiz yağ gəlir. Siz elə bilirsiz hər Made İn Germany yazılan Alman yağı keyfiyyətlidir? Xeyir bu əsla belə deyil. Bu yağların əksəriyyəti Almaniya və Avropalı sürüçünün bir dəfə işlətdiyi yağın təkrar təmizlənib emal olunmasından əmələ gəlir. Sizdə bu yağları xarıcı bilib alırsız daha sonra problem yaşayanda deyirsiz ki Xaricdən Bura Yağ Gəlmir. Mən bu yaxınlarda bu cür yazan adamların hamsına şəxsi mesaj bölməsində nə yağı istifadə etdiklərini soruşaraq bir sosyal sorğu keçirdim. Hamsı bir mənalı şəkildə ölkə bazarındakı harda gic gic xaricdən idxal olunmuş yağlar var, onların adını çəkdi. 
Əziz xalqım, əziz millətim mən başa düşürəm bu gün ölkəmizdəki insanın maddi durumunu. Çünku mən də bu dövlətdə yaşayıram. Madaqaskarda yaşamıram. Mən başa düşürəm və bilirəm  ki, bəzi distirübütorlar şərəfsiz kimi nahaqdan mənasız şəkildə qiyməti dağ belinə qoyur. Mən bilirəm ki bu gün brend məhsullar bizim bazarda çox baha qiymətə satılır və siz maddi duruma görə onları ala bilmirsiz. Siz də bunları ala bilməyib gic gicə yağları alıb problem yaşayanda deməyinki xaricdən bura yağ gəlmir. Mən hələ brend məhsul alıb xaricdən yağ gəlmir deyən adam görməmişəm. 
Meguin, Ravenol,Total, Rowe, Repsol, Amsoil, Eurolub, Motul, Aral, Red line, Liqui Moly, Pakello, Shell, Mobil və s markaları işlədənlər heç zaman demir ki xaricdən bura yağ gəlmir.
Yenə də deyirəm problem özümüzdədir. Brend çoxdur hərə də ağılna gələni gətirir. Hərə də ağlına gələni alır. Amma inan ki hamsı xaricdən gəlir . İanın ki  hər xaricdən gələn də yaxşı olmur. 
Yoxsa Sumqayıtı eləmisiz ölkənin yağ sənaye şəhəri. Yazıq Sumqayıtda iki dənə zavod var Texnol və Aminol. Onlar da zatən öz yerli brendimiz kimi Made İn Azərbaycan nişanı ilə məhsul istehsal edir. 
Mən hələ filan yağ Sumqayıtda dolur deyən adamın əsaslı fakt göstərdiyini görməmişəm. Əgər bu yazımı oxyanlardan yenə kimlərsə elə düşünürsə, şərh bölməsində bu faktı video və şəkil vasitəsi ilə insanlarımızla bölüşə bilər. Yoxsa xaiş edirəm faktsız o tip şərh yazmayaq . 
YADINIZDA SAXLAYIN.
Azərbaycanın Made İn Azərbaycan yazdığı Texnol Aminolun zavodu sizin bəh bəhlə işlətdiyiniz bir çox girdirmə və təkrar emal Avropa yağından daha üstündür və həmən Alman və Avropa yağlarından daha keyfiyyətli məhsul buraxır. Sadəcə bizim qanımızdadır axı özgə şeyi bizə hər zaman şirin gəlir. Hər şey də şirin olmur cənablar.
O gic yağları zatən alırsızsa elə gedin yerli məhsul alın. Heç olmasa ölkəmizin sahibkarına dəstəyiniz olar. Mən burda yerli mal reklam eləmirəme, heç yerli mal satmıram da. Gəlin bizdən yağ alın da demirəm. Yuxarıda qeyd etdiyim yaxşı yağlara baxsaz görərsiz ki çoxu bizdə Avtok1ubda olmayan yağlardır. Ağlınız əlinə yağ alıb bütün günü sosyal şəbəkələrdə dilənçi kimi 200 manata yalanan tərif yağdıranlara getməsin. Mən sadəcə deyirəm ki, aldığınız zibildən elə bu yaxşıdı. Gerisi sizin biləcəyiniz işdi. Onsuz da hamı yenə axırda yenə öz bildiyini edir. Sonra da deyir ki, hər şey girdirmədi, hammı saxtakardı.

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.