Logo

YANACAQ ÇİLƏYİCİLƏRİNİ MƏHV EDƏN RASTVARİTEL.

YANACAQ ÇİLƏYİCİLƏRİNİ MƏHV EDƏN RASTVARİTEL.

YANACAQ ÇİLƏYİCİLƏRİNİ MƏHV EDƏN RASTVARİTEL.

Bu yazım bir yandan həm sürücülərimizin mariflənməsi, həm də bu haqda bilməyən ustalarımızın mariflənməsi üçündür. Bu gün ölkəmzidə yanacaq çiləyiciləri (farsunka) yuyan minlərlə usta var. Amma demək olarki onların 95% i yanlış məhluldan istifadə edir. Ya rastivaritel istifadə edirlər, yada 1 litrlik qablarda olan injector reinger qatqısı. Rastvaritel ümümiyyətlə ultra səs yuma cihazında heç bir effekt vermir və bu işi görənlərə müştərini aldatmaq üçün ən uçuz vasitətidir.
İnjector reinger və ya injektor purge məhlulları isə tamamilə başqa təyinatlı məhsullardır ki ustalar bu məhlulların üzərində injektor sözünü oxuyub ondan istifadə edirlər. Əslində bu məhlullar avtomobillərdə yüksək təzyiqli çiləyiciləri üstündə yumaq üçün bir başa işlək vəziyyətdə mühərrikə göndərmək üçündür. Bu məhluları ümumiyyətlə ultra səs yuma cihazında işlətmək mənasız və doğru olmayan yanaşma tərzidir.
Ultra səs yuma çihazında qanuni istifadə edə bilinəcək ən düzgün məhlul Almaniya istehsalı Tickapur TR 13 , TR 3 məhlullarıdır və ya Bosch şirkətinin yanacaq çiləyicilərindən dolayı bir qolu olan Asnu şirkətinin profesional məhlullarıdır.  Uzun zamandır (3 İldir) biz Avtok1ub olaraq bu məhlulu işlədirik və hər zaman ticari sirr olaraq bunu rəqiblərimiz bilməsin deyə bu haqda demirdik. 
Amma həqiqətəndə bir yerdən sonra insanların hər yerdə aldadıldığını görəndə istədik paylaşaq ki insanlar bilsin. Əslində Tickapur maliyyə cəhətdən rastvalitel və injector purge məhlulundan sərfəlidir. Həmdə qanuni. 
Məhlul konsentratdır. 1 litr məhlul  10 litr yalnız PH  dərəcəsi minimum olan distilə su ilə qatılır. İlkin zamanda bir litr məhlula 160 Azn verməkdə usta çətinlik çəksə də amma alınan məhlul ilə daha çox avtomobildə istifadə edə bilir. 
Məhsulun bir başa istehsalı sırf ultra səs yuma vannasında avtomobil yancaq detalları və s detallarını yumaq üçündür. Yəni tam qanuni dərmanı budur. Məhlul demək olarki satışda çox az tapılır. Çünki onu anlayan və alan yoxdur. Elə biz özümüzdə tapanda zülümlə tapırıq.
Məhsulun istifadə qaydası və tətbiq sahələrini sizin üçün aşağıda linklə buraxıram. 
Oxuduğunuz üçün təşəkkür edirəm və hər kəsə işini doğru düzgün görməyi arzu edirəm.

https://bandelin.com/en/shop/tickopur-cleaning-preparations/tickopur-tr-13/

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.