YANLIŞ KODLU SÜRƏTLƏR QUTUSU YAĞI İSTİFADƏ OLUNMASININ FƏSADLARI.
Deməli bir neçə gündü bəlkə də bir 10 nəfər izləyici bir soslay şəbəkədə qoyun ustanın yağ reklamını atıb ki, bəs ay usta bu maşına burda başqa yağ istifadə edirlər amma mən sizdən soruşmdum siz də başqa kodlu yağ demişdiz . Bu nə dərəcədə doğrudur?
Məndə ərinkməz ərinkməz həmən vidoya baxdım gördümki qoyunlar yağ reklam edir onu da səhv yağ istifadə edərək. Reklamda reklam ola haaa nəyi var Bozbaş. Hələ adlı sanlı yağ firmasının bu boz baş reklamı öz səhifəsində paylaşmasından demirəm. Ümumiyyətlə sosyal şəbəkəlrədə hansısa yağ markasının səviyyəsiz yağ reklamını görsəniz, inanın ki onun arxasında bir çoxlarında şirkət özü durur. Normal səviyyəli şirkətlər heç zaman icazə vermir ki usta əlinə onun yağını ala ağzına gələni danışa. İndi sual verəcəksiz ki, bəs belə səviyyəsiz reklam çoxdu axı. Bəs əzizlərim elə məsələ odur ki, ölkəyə yağ idxal edən adamların 90% i elə səviyyəsiz, biznes etikası olmayan, ancaq nə olursa olsun satım deyə düşünən adamlardı. İçərisində 10% salamat iş görən, işi bilən, xalqını düşünən səviyyəli adam var. Hətda mən ən məhşur tandığınız bir yağ şirkətinin rəhbərinin otağında muzakirələr edərkən, adam öz işçilərinin yanında mənə qayıdıb ki, "adam işçisini qudurtmaz". Bilməmişəm nə deyəm üzümü bütün satış heyyıtinə tutub " siz özünüzə hörmət etmirsiz" deyib otaqdan çıxmışam. İndi öz işçisinə, ona o milyonu qazandıranlara belə dəyər verirsə, sizcə qəpiyi qəpiyə calayıb avtomobilini düzəltdirən sürücü onun umurundadı?
Hə indi bizə nə kim nə yağı tökür, kim bozbaş reklam çəkir, kim kimə nə satdırır özü bilər. Allah hamının ruzusunu versin. Amma o videonu mənə göndərən və bunu bilməyəm sürücülərə də gərək yanlış sürətlər qutusu yağı istifadə olunduqda nə baş verdiyini izah edəm.
Avatomatik sürətlər qutusu yağları elə də çox çeşidli deyil. Variatorlarda işlənən CVT yağlar, robot sürətlər qutusunda işlənən DSG yağları və adi təzyiqlə işləyən sürətlər qutularında işlənən ATF lər.
ATF lazım olan sürətlər qutusuna heç bir halda CVT bə ya DSG yağı işlədilə bilməz. Qəti şəkildə olmaz. Sürətlər qutusu ən uzağı 1 km yeriyər ya yeriməz. Həmçinin Cvt və ya DSG yağı lazım olan sürətlər qutusuna da ATF istifadə olunsa eyni fəsadı verər.
Bunlar tam ayrı ayrı şeylərdir. İndi gələk məsələnin ən qəliz yerinə. ATF lər haqqında yazaq. ATF lər özü bir neçə hissəyə bölünür özüllükləri və tərkinlərinə görə. Bütün dünya avtomobil istehsalçılarının dopusklarıda bü fərqli özüllüklü atf lərin daxilində formalaşır. Məsələn
Yuxarı özüllüklü ATF lər, orta özüllüklü ATF lər, aşağı özüllüklü ATF lər və ultra aşağı özüllüklü ATF lər. Hələki ən sonuncu bu ultra aşağı özüllüklü ATF lər dir ki bunlar Mercedes 9 pilləli sürətlər qutusunda, Ford 10 pilləli sürətlər qutusunda istifafə olunan yağlardır.
Bəs bu ATF ləri istifadə edərkən birinin yerinə başqasını tökmək olarmı? Olarsa fəsadı nə olar?
Əslində bunların bir birinin yerinə istifadə olunması qəti tövsiyyə olunmur. İstifadə olunduqda da anında fəsad vermir. Öz fəsadını bir qədər sonra göstərir. Məsələn mən Atf 3 görmüşəm ki şirkət malını satmaq üçün adi yuxarı özüllüklü ATF 3 ün üstünə orta özüllüklü yağın Hyundai Sp3 və ya Toyota Tyupe T4 standartlarını yazıblar. Bir misal da çəkim. Əgər Hyundai Sp3 standartı ilə Sp4 standartı bir yağın üzərində hər iksi varsa bu qanunsuzdur. Mən belı yağlara Həsənsoxdu yağı deyirəm. Belə yağların istifadəsi sürətlər qutusun anında dağıtmır. Amma zamanla aşınmanı sürətləndirərək faydalı iş əmsalını aşağı salır və sürətlər qutusunun ömrünü qısaldır. Loru dildə desək 400000 km resursu olan sürətlər qutusu 20000 km də başını qoyur yerə. Və yaxutda artıq təpikləmələr, ötürmələrdə geçikmələr, titrəmələr vəs kimi nasazlıqlar yaranmağa başlayır.
İndi keçək yuxarıdakı söz açdığımız və mənə göndərdiyiniz bozbaş reklamın incələməsinə. Usta 2013 ün Lexus avtomobilinə Toyota WS srandartllı aşağı özüllüklü yağ istifadə etmək əvəzinə orta özüllüklü Toyota Tyupe T4 standartlı yağ istifadə edir. Qeyd edim ki Toyota istehsalçısı Type T4 standartlı yağ tələbini yalnız 2008 ə kimi olan avtomobillərdə tələb kimi qoymuşdur. 2008 ci ildən yuxarı bütün avtomobillərin yağ tələbi WS standartli yağdır. İndi deyəcəksiz ki bəs o Lexusun taleyi necə olacaq? Heçnə olmayacaq hələki işləyəcək. Amma hara kimi onu Allah bilir.
Unutmayın ki hər cibində pulu olan yağ idxalçısı, hər əlinə açar alan usta, hər oxuyan da Molla Pənah olmur.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.