YAPON MÜHƏRRİKİNƏ UYĞUN YAĞ ALMAN MÜHƏRRİKİNİ DAĞIDA BILƏRMI?
Mühərrik aşınmasında və dağılmasında əsas rollardan biri yağın özüllüyünün (viskozluq) az olmasıdır. Çox sürücü ele bilir ki , 0W30 5W30-dan daha durudur. Əslində isə belə deyil. Əgər bu yağlar alman avtomobilləri üçün nəzərdə tutulubsa, demək olar ki bir birinə bənzər özüllüyə sahib olacaq. Amma ola bilər ki 5w30 yapon avtomobli üçün olsun onda bu aşağı özüllüklü olacaq. Yeni 5w30 alman maşını üçün və 5w30 yapon maşını üçün fərqli özüllüyə sahibdir. Bu fərq yağların həm 40 C°, həm 100C°, həm də 150C° tempraturlarda özüllük indeksində özünü açıq aydın göstərir.
PROBLEM HARADAN YARANIR?
Normalda istifadəçi ancaq 5W-30 a fikir verir. Halbuki bunlar yuxarıda qeyd etdiyim kimi fərqli yağlardır. Belə olan halda siz əgər yapon mühərrikinə uyğun olanı (ILSAC GF6) Alman mühərrikinə töksəniz bu ciddi fəsad yaradacaq. Amma Alman mühərriki üçün olan məhsulu (ACEA A3) Yapon mühərrikinə töksəniz onda daha yaxşı nəticə ola bilər. Azərbaycanda həm yanacağın aşağı səviyyədə olması həm də mühərriklərin köhnə olması( xətalı işləməsi) mühərrik yağında viskozluğu aşağı salır və beləliklə onsuzda aşağı viskozlu yağ( yəni yapon maşınına uyğun olan)qısa zamanda suya(yəni viskozluğunu itirəcək) dönəcək və mühərrik daha tez aşınacaq. Düzdü bu tövsiyyə Yaponların mühərrik yağı üçün verdiyi reqlamentdən çıxmaqdı, amma mühərriki daha uzun illər işlətmək üçün reallıqdır.
Mühərrik yağları ilə bağlı hər hansı bir sualınız olarsa bizə ünvanlaya bilərsiniz.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.