YENİ YOXSA İŞLƏNMİŞ AVTOMOBİL?
Bu ən çox verilən sualdır .
Bu alıcının zövqünə uyğun olmalıdır. Çünki hər birinin öz üstünlüyü var. Bundan əlavə bu sanki bir qumardır. Yaxşı başı çixmayanları o dəqiqə aldadırlar və siz uduzmuş tərəf kimi külli miqdarda pul itirirsiniz.
İŞLƏNMİŞ MAŞIN
MÜSBƏT TƏRƏFİ .İşlənmiş maşının müsbət cəhəti qiymətinin uyğun olmasıdır satışda və alışda uduzmaq az olur.
MƏNFİ TƏRƏFİ. işlənmiş maşını əgər düzgün seçib almasanız, tam dəqqi yoxlatdırmasanız, onda sizi incidə bilər.Maşın aldığınızdan da çox xərc edə bilər və bəzən hec düzəlməyə də bilər. Bu da artıq xərc və baş agrısıdır.
TƏZƏ MAŞIN
MÜSBƏT CƏHƏTİ. Maşın yalnız sizə aid olur(bəzən insanlar digər adamın malını istifadə edəndə narahatlıq hiss edir). Bundan əlavə qarantiyası olur deyə maşın xarab olma qorxusundan da qurtulmuş olursunuz.
MƏNFİ CƏHƏTİ. Maşında güclü qiymət itkisi olur. Ən az 5 il və ya 100000 km istifadə edilmirsə km -ə düşən dəyər yüksək olur. Qarantiya verən servisi pis işləyirsə siz sanki işlənmiş maşın almış kimi olursunuz amma daha çox pul ödəyərək.
Mən 2013 cü ildə 0 km Kia Optima almışdım. O zaman dollar 78 qəpik idi. Pulumuzun dəyri var idi 23000 azn pul vermişdim 0 maşına. Amma indi məni kəssələr 2023 Optimasına 50000 Azn vermərəm. Hələ 45000-50000 ə satılan Çin maşınlarını demirəm. Bu maşınları pisləmirəm əsla yanlış anlamayın. Bu mənim öz şəxsi düşüncəmdi.
Sadəc bilmək istəyiraəm ki, bəs siz necə düşünürsünüz?
Məsələn 50000-ə təzə Çahanqan alarsız, yoxsa az İşlənmiş Alman maşını? Məsələn Mercedes, Bmw, Porsche, Audi və s.
Təbii ki ilk öncə 50000 olsa))))). Allah yetirsin.
Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.