Logo

ZAMANINIZI UCUZA SATMAYIN.

ZAMANINIZI UCUZA SATMAYIN.

ZAMANINIZI UCUZA SATMAYIN.

Bir tanışım var. O avtomobilinə nəsə iş gördürəndə onun əvəzinə mənim əsəbim oynayır. İndi sizə danışım görün bu necə adamdı. 
Zəng edir ki bəs qaqa mənə amartizator lazımdı. 
Deyirəm maşını göndər işindən qalma. Filan mağazada var təmizi. Orda demişəm orjinal amartizator göndərərlər uşaqlar üstünə qoyar. Axşam işdən çıxanda gəlib maşını götürərsən rahat gedərsən evə. Deyir ki bəs uşaqlara nə verəcəm . Deyirəm heçzad canının sağlığı.

Birdə görürəm zəng edir.  Bəs qaqa mən axtardım, sən deyən baha başa gəlir. Həmən amartizatordan Sumqayıtda filan dükanda mənə 20 azn ucuz dediler. 
Deyirəm yaxşıdıda əməlli başlı fərq var qiymətdə. Get alda. 
Xülasə qaqam oturur maşına gedir Sumqayıta alır amartizatoru hərəsini 20 azn də ucuz və gəlir yanıma. 
Uşaqlar amartizatoru qoyur üstünə məndə gözləyirəm ki iş qurtarsın sonra mən başlayım. Ürəyim partlayır axı. 
Deyirəm yaman irəli düşdünhaaa. Deyir həə sənin dostun birində 20 azn qoyurdu mənə. 40 Manat irəli düşdüm 2 amartizatorda.

Dedim indi dayan mən danışım hesabla.
Birincisi bu o amartizator deyil. Sənə 20 azn ucuza paddelkasını geydiribler. Bu amartizator bizim qonşu dükan Mahir dayıda sən Sumqayıtdan aldığından da 10 azn ucuzdur(özüdə aparıb göstərirəm qonşuda mağazada).Yəni hərəsində sənə 30 manat belə rahatlayıblar)))).
İkincisi 20 manat ucuz alacam deyə durub burdan Sumqayıta probkada gedib gəlməyə elə 15 Manatləq benzin yandırıbsan. 60+15 =75 elədimi? 
Sonra o amartizatoru gedib almaq üçün 1 gündə işinnən qalmısanki halbuki buna gərək yox idi. İşində otursaydin və maşını göndərsəydin həmən günü də öz işindən bir 50 azn gəlirin olardı.
75+50=125 elədimi? Deyir həəəəəəə.
Dedim indi çıxar məni cinləndirdiyin üçün uşaqlarada 50 Azn montaj pulu ver bir dəfəlik rahatlan.
İnanınki cinləndirməsəydi mən onnan pul alan deyildim. Ümümiyyətlə qohum qardaşdan sevmirəm pul almağı. Amma bunnan pul almaq mübahdır. Nə isə 50 də uşaqlara aldım elədi 175 Azn itgi. 
Məsələ 175 Azn də deyil. Məsələ ondadır ki insan bəzən ağlının ucbatından həm pul itirir, həm də zaman.
Deməli bir əhvalatda danışım. Keçmişdə tikinti sahəsində işləyən vatlarımızdı. Qalada dövlət layihəsi ilə bağlı tikinti edirik. Şirkətin ofisi də Nərimanovdadı. Nə başınızı ağradım tutalım tikintiyə 5 kisə sement lazımdırsa ofisə deyirlər. Ofis təchizatcıya pulu verir, o gedir alır qazelə yükləyib basa basa 5 sementdən ötrü qalaya maşın sürürdü. Bir gün gəlib dedim ay millət siz niyə belə edirsiz? Sement şəhərdə toptançıda 5 manatdısa Qalada da 6 manatdıdıda. Pul verin sahə üzrə mühəndisə belə kiçik şeylər lazım olduqca yaxın ərazidəki mağazadan 5 dəqiqəyə alsında.  İndi guya siz topdançıdan alıb göndərəndə qabağa düşdüz? Bəs bunu aparan maşının yanacaq xərcini hesablamadız? Maşının amartizasiya xərci, sürücünün yolda vaxt itirməsi və onun məvacibinın həmin günə görə hissəsi olmaqla hər şeyi hsablayın. Görün bu sement sizə biri 10 manatdan yuxarı gəlməsə mən adımı dəyişərəm. Niyə bu qədər pul itirirssiz ki? 
Pul itirmək bunların içində ən yaxşısıdır. Ən pisi zaman itirməkdir. İnsan nə qədər dayaz ola ki həyatın ona bəxş etdiyi sayılı saatları, sayılı saniyələri boş yerə xərcləyə. 

Ətrafınızda belə adamlar varmı?

avtok1ub.az

Avtok1ub yağ mərkəzi, 2019-cu ildə öz məhsul portfelini genişləndirərək bir çox dünya brendlərinin vətənimizdəki satış nümayəndəsi olaraq tanındı.

© Avtok1ub.az . Site by Webline. Bütün hüquqlar qorunur.