Çilingər işləri

Çilingər işləri və asqı sisteminin təmiri

Avtomobilin asqı sistemi və hərəkətli hissələri sürüş komfortuna, idarəetmə dəqiqliyinə və təhlükəsizliyə birbaşa təsir göstərir. İstismar müddəti ərzində yolların vəziyyəti, yüklənmə və təbii aşınma nəticəsində bu hissələrdə boşluqlar, səslər və digər nasazlıqlar yarana bilər. Vaxtında diaqnostika və peşəkar təmir həm avtomobilin idarəetməsini yaxşılaşdırır, həm də daha ciddi nasazlıqların qarşısını alır.

Avtok1ub Yağ Mərkəzində çilingər işləri, hərəkətli hissələrin və asqı sisteminin təmiri təcrübəli mütəxəssislər tərəfindən müasir avadanlıqlarla həyata keçirilir. Hər bir avtomobil əvvəlcə diaqnostikadan keçirilir, nasazlığın dəqiq səbəbi müəyyən edilir və yalnız bundan sonra təmir işlərinə başlanılır.

Göstərdiyimiz xidmətlər

- Asqı sisteminin diaqnostikası;

- Ön və arxa asqı elementlərinin təmiri və dəyişdirilməsi;

- Şarovoyların, sükan ucluqlarının və dartqı qollarının dəyişdirilməsi;

- Stabilizator dayaqları və rezinlərinin dəyişdirilməsi;

- Amortizatorların, yayların və dayaq podşipniklərinin dəyişdirilməsi;

- Təkər podşipniklərinin dəyişdirilməsi;

- Hərəkətli hissələrdə yaranmış boşluq və səslərin aradan qaldırılması;

- Digər çilingər və mexaniki təmir işləri.

Bütün işlər avtomobil istehsalçısının texniki tələblərinə uyğun şəkildə və keyfiyyətli ehtiyat hissələrindən istifadə edilməklə həyata keçirilir.

Xidmət göstərilən filiallar

Çilingər işləri, hərəkətli hissələrin təmiri və asqı sisteminin təmiri xidməti yalnız aşağıdakı Avtok1ub filiallarında göstərilir:

- Dərnəgül

- Express Sumqayıt

- Express Abşeron

Digər filiallarımızda bu xidmət mövcud deyil. Zərurət yarandıqda müştərilərimiz müvafiq filiallarımıza yönləndirilir.